Skip to main content

Xəyalınızdakı universiteti tapmaq üçün Bakıda keçiriləcək “Avropada təhsil” sərgisinə qatılın!

04/09/2026

Avropa İttifaqının 15 üzv dövlətindən 60-dan çox aparıcı universitet 10–11 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində “Avropada təhsil” sərgisində bir araya gələcək.

Proqrama bakalavr və magistr dərəcələri üzrə müxtəlif akademik proqramlar, təqaüd imkanları haqqında ətraflı məlumat, universitet nümayəndələri ilə birbaşa görüşlər, canlı ünsiyyət, eləcə də beynəlxalq təhsil imkanları və qəbul tələbləri barədə faydalı məlumatlar daxildir.

Tədbir “Hilton Baku” hotelində baş tutacaq.

İştirak etmək üçün öncədən buradan qeydiyyatdan keçin. İştirak pulsuzdur.

Bakıda təşkil olunan “Avropada təhsil” sərgisi tələbələri Avropanın ali təhsil müəssisələri və təhsil imkanları ilə əlaqələndirən beynəlxalq “Study in Europe” sərgilər silsiləsinin bir hissəsidir.

Daha çox öyrənin

Tədbirin elanı və qeydiyyat

The post Xəyalınızdakı universiteti tapmaq üçün Bakıda keçiriləcək “Avropada təhsil” sərgisinə qatılın! appeared first on EU NEIGHBOURS east.