Skip to main content

Aİ və onun üzv dövlətləri səmərəli çoxtərəfliliyə dəstəklərini bir daha bəyan ediblər

04/09/2026

Sentyabrın 2-də Aİ beynəlxalq hüquqa, BMT Nizamnaməsinin ümumbəşəri məqsəd və prinsiplərinə, eləcə də bu sahədəki fundamental maraqlarına əsaslanan səmərəli, yenilənmiş və möhkəmləndirilmiş çoxtərəfli əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirib.

“Artan geopolitik gərginlik, kəskinləşən ziddiyyətlər, beynəlxalq humanitar hüquq, beynəlxalq insan hüquqları və BMT Nizamnaməsi də daxil olmaqla beynəlxalq hüquq normalarının ağır şəkildə pozulduğu bir vaxtda qaydalara əsaslanan beynəlxalq nizam və mərkəzində BMT-nin dayandığı çoxtərəfli sistem bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, münaqişələrin sülh yolu ilə həllinin, proqnozlaşdırılmanın, hesabatlılığın və beynəlxalq hüququn bərabər tətbiqinin təmin edilməsi üçün vacib qlobal mexanizm olaraq qalır”, – Aİ-nin Diplomatik Xidməti olan Avropa Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilir. 

Aİ BMT-nin sülh və təhlükəsizliyin qorunmasında, dayanıqlı inkişafın təşviqində, insan hüquqlarının müdafiəsində və heç bir dövlətin təkbaşına öhdəsindən gələ bilmədiyi qlobal çağırışların həllində əvəzolunmaz rolunu xatırladıb. Bəyanatda həmçinin qeyd olunur ki, “çoxtərəfli əməkdaşlıq bütün dünyada gender bərabərliyinin təşviqi, demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi üçün də eyni dərəcədə həlledici əhəmiyyət kəsb edir”.  

Aİ çoxtərəfli sistemdə konstruktiv, etibarlı və inam doğuran tərəfdaş olmaq üçün səylərini artıracağını vurğulayıb. Təşkilat beynəlxalq gündəliyin formalaşdırılmasında fəal rol oynamaq, regionlararası alyanslar və koalisiyalar qurmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və ümumi çağırışlara qlobal həll yolları tapmaq məqsədilə bütün tərəfdaşlarla, regional təşkilatlarla və geniş BMT sistemi ilə birgə işləyəcəyini bəyan edib. 

Bundan əlavə, Aİ çoxtərəfli sistemin səmərəli, əhatəli, təmsilçiliyə söykənən, hesabatlı, qənaətcil və çevik qalması üçün islahatların aparılmasının və daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Aİ və onun üzv dövlətləri səmərəli çoxtərəfliliyə dəstəklərini bir daha bəyan ediblər appeared first on EU NEIGHBOURS east.