
Yaradıcı Avropa: “Ən çox təhlükədə olan 7 irs obyekti” proqramı müraciətlərin qəbuluna başlayır

2027-ci il üzrə “Ən çox təhlükədə olan 7 irs obyekti” (7 Most Endangered) proqramı üçün layihələrin qəbulu 10 sentyabr 2026-cı il tarixində başlayacaq. Sənədlərin təqdim olunması üçün son müddət isə 23 oktyabr 2026-cı il tarixidir.
Proqram hər il təhlükə altında olan yeddi irs obyektini seçir və onların uzunmüddətli qorunması üçün davamlı həll yollarının işlənib hazırlanmasına kömək etmək məqsədilə irs və maliyyə mütəxəssislərini, dövlət qurumlarını, mülkiyyətçi və mühafizəçiləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də yerli icmaları bir araya gətirir.
Proqram layihə təqdim etməyi planlaşdıran müraciətçilərə bütün sənədləri öncədən hazırlamağı tövsiyə edir.
Əvvəlki illərdə olduğu kimi layihələri Avropa Şurasına üzv olan ölkədə qeydiyyatdan keçmiş və mədəni irs sahəsində fəaliyyət göstərən dövlət və ya özəl təşkilatlar, yaxud bu təşkilatların Avropa Şurasına üzv ölkədə daimi yaşayan fərdi üzvləri tərəfindən təqdim edilə bilər.
Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna Avropa Şurasının üzvləridir.
Ən çox təhlükədə olan 7 irs obyekti proqramı 2013-cü ilin yanvar ayında tərəfdaş təsisçi kimi çıxış edən Avropa İnvestisiya Bankı İnstitutu ilə birlikdə “Europa Nostra” tərəfindən təsis edilib. Proqram həmçinin “Europa Nostra Heritage Agora” şəbəkə layihəsi çərçivəsində Avropa İttifaqının “Yaradıcı Avropa” proqramı tərəfindən dəstəklənir.
Daha çox öyrənin
Ən çox təhlükədə olan 7 irs obyekti
The post Yaradıcı Avropa: “Ən çox təhlükədə olan 7 irs obyekti” proqramı müraciətlərin qəbuluna başlayır appeared first on EU NEIGHBOURS east.