Skip to main content

10-cu Enerji İcması Yay Məktəbi gələcəyin enerji liderlərini Tiranada bir araya gətirib

28/08/2026

22 avqust tarixində 27 ölkədən 40 gənc mütəxəssis və tədqiqatçı 10-cu Enerji İcması Yay Məktəbində iştirak etmək üçün Albaniyanın Tirana şəhərində yerləşən Polis Universitetinə toplaşıb. 

Bu il keçirilən yay məktəbində 57 ölkədən 347 müraciət qəbul edilib və bu, indiyədək keçirilən ən rəqabətli seçim olmuşdur. Müraciət edənlər arasından 40 iştirakçı seçilib. Onların 21-i Enerji İcmasına qoşulan ölkələri, 2-si müşahidəçi ölkələri (Ermənistan və Türkiyə), 16-sı isə Aİ-yə üzv dövlətləri təmsil edir. Bir iştirakçı da Azərbaycanı təmsil edib. 

Yay Məktəbinin açılış mərasiminə Polis Universitetinin və Aİ Nümayəndəliyinin əməkdaşları, Enerji İcması Katibliyinin direktoru Artur Lorkovski və Albaniyanın İnfrastruktur və Energetika naziri Enea Karakaçi də qatılıb. 

“On il əvvəl bu Yay Məktəbi energetika mənə sektorundakı yolumu müəyyənləşdirməyə kömək etmişdi. İllər sonra bura mentor kimi qayıtmaq, bu gün isə 10-cu buraxılışın açılışını nazir kimi etmək biliklərin paylaşılmasının təsirinin zamanla üzə çıxan böyük bir sərmayə olduğunu bizə bir daha xatırladır”, – Enea Karakaçi bildirib. 

Həftə ərzində iştirakçılar akademik dairələrdən, sənaye və siyasət sahələrindən olan aparıcı mütəxəssislərlə birgə çalışaraq enerji sistemlərinin transformasiyasına dair praktiki yanaşmaları təhlil ediblər. Mühazirələr, təcrübə nümunələri və birgə müzakirələr vasitəsilə onlar günümüzün enerji mənzərəsini formalaşdıran texniki, siyasi və iqtisadi çağırışları araşdırıb, eləcə də transsərhəd əməkdaşlığın, siyasi islahatların və innovasiyaların karbonsuzlaşmanı sürətləndirməklə yanaşı, daha inteqrasiya olunmuş və böhranlara davamlı Avropanın qurulmasına necə töhfə verə biləcəyini nəzərdən keçiriblər.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post 10-cu Enerji İcması Yay Məktəbi gələcəyin enerji liderlərini Tiranada bir araya gətirib appeared first on EU NEIGHBOURS east.