Skip to main content

“Avropa Gənclər Kəndi” vasitəsilə region gəncləri ekosisteminin qurulması

21/08/2026

Erasmus+ proqramının Rumıniya Milli Agentliyi (ANPCDEFP) Şərq Tərəfdaşlığı ölkələrindən olan təlimçiləri, gənc liderləri, gənclər siyasəti üzrə mütəxəssisləri və gənc kouçları “Avropa Gənclər Kəndi” modelini araşdırmaq, region gəncləri ekosistemlərini möhkəmləndirmək və 2027-ci il Avropa Region Gəncləri Sammitinə töhfə vermək məqsədilə təşkil olunacaq tanışlıq səfərində iştirak etməyə dəvət edir.

Tanışlıq səfərinin 12–16 oktyabr 2026-cı il tarixlərində Rumıniyanın Kluj dairəsinin Sankrayu kəndində keçirilməsi nəzərdə tutulur.

“Kənddən çoxluğa” (From RURAL to PLURAL) yanaşması region gənclərinin bələdiyyə və icma səviyyəsində bənəfisiarlardan həmmüəlliflərə çevrilməsinə kömək edir.

Səfər iştirakçıları yerli gənclərin təşəbbüs qrupları, bələdiyyə nümayəndələri və mütəxəssislərlə görüşəcək, “Avropa Gənclər Kəndi” gəncləryönümlü icmasının yerləşdiyi Sankrayunu ziyarət edəcək və əldə olunan bilikləri layihə konseptlərinə, eləcə də siyasətə yönəlmiş növbəti addımlara çevirmək üçün müxtəlif ölkələrin nümayəndələrindən ibarət laboratoriyalarda çalışacaqlar. 

ANPCDEFP təlim kursu müddətində iştirakçıların yaşayış və qidalanma xərclərini təşkil və təmin edəcək.

Müraciət üçün son tarix 6 sentyabrdır. 

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post “Avropa Gənclər Kəndi” vasitəsilə region gəncləri ekosisteminin qurulması appeared first on EU NEIGHBOURS east.