Skip to main content

SALTO: “Müharibə mövzusunda necə danışmalı” mövzusunda təlim kursu

21/08/2026

Şərq Tərəfdaşlığı ölkələrindən — Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gənclərlə işləyən mütəxəssislər və gənc liderlər “Müharibə mövzusunda necə danışmalı” adlı təlim kursunda iştirak etməyə dəvət olunurlar.   

Təlim 2026-cı il dekabrın 6-dan 11-dək Avstriyanın Vyana şəhərində keçiriləcək.

Təlimin məqsədi gənclərlə işləyən mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək və gəncləri müharibələr, eləcə də silahlı münaqişələr barədə məzmunlu, məlumatlı və həssas müzakirələrə cəlb etməkdə mütəxəssislərə dəstək olmaqdır. Təlim hər hansı konkret müharibənin təfərrüatları və ya tarixi haqqında məlumat vermək, yaxud onları müzakirə etmək məqsədi daşımır.

Tədbir İnklüzivlik üzrə Strateji Tərəfdaşlıq çərçivəsində “OeAD-GmbH” (Erasmus+ Proqramının Avstriya Milli Agentliyi), “Haridus-Ja Noorteamet – HARNO” (Erasmus+ Proqramının Estoniya Milli Agentliyi) və SALTO Şərqi Avropa və Qafqaz Resurs Mərkəzi tərəfindən təşkil olunur.

Müraciət üçün son tarix 6 sentyabrdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post SALTO: “Müharibə mövzusunda necə danışmalı” mövzusunda təlim kursu appeared first on EU NEIGHBOURS east.