Skip to main content

EBRD Impact Academy: “Qida tullantılarının innovativ azaldılması və təkrar emalı” üzrə onlayn təlim modulu

21/08/2026

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) “Impact Academy” təşəbbüsü tərəfindən “Qida tullantılarının innovativ azaldılması və təkrar emalı” üzrə onlayn təlim modulu istifadəyə verilib.

Bu modul Koreya Respublikasının qabaqcıl təcrübəsinə əsaslanaraq, EBRD-in fəaliyyət göstərdiyi ölkələrdəki tərəfdaşlar arasında qida itkisi və tullantılarının azaldılması, eləcə də təkrar emalı sahəsində bilik və təcrübəni artırmaq üçün nəzərdə tutulub. Modulun məqsədi iqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi kimi son dərəcə vacib çağırışları həll etməklə yanaşı, dayanıqlı qida dəyər zəncirini təşviq edən siyasətlərin işlənməsini və icrasını dəstəkləməkdir.

“Qida itkisi və tullantılarının səmərəli azaldılması əsaslı idarəetmə, aydın müəyyən edilmiş hədəflər, məlumatlara əsaslanan əməkdaşlıq, infrastruktur investisiyaları və maraqlı tərəflərin hərtərəfli cəlb olunmasını tələb edir. Yeni texnologiyalar, xüsusilə İKT, blokçeyn və süni intellekt məhsulun izlənməsini, səmərəliliyi və resursların optimallaşdırılmasını artırmaqla aqrar-ərzaq sistemlərinin transformasiyasında mühüm rol oynayır”, — modulun təsvirində bildirilir. 

Modul veb-baza əsaslıdır. Bu səbəbdən heç bir əlavə proqram təminatı tələb olunmur.

Mühazirələri sərbəst qrafiklə dinləmək imkanı verən və 5 sessiyadan ibarət olan modul ingilis dilində təqdim olunur. Həftədə 1−2 saat vaxt ayırmaqla kursu təxminən 3−4 həftəyə başa vurmaq mümkündür.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post EBRD Impact Academy: “Qida tullantılarının innovativ azaldılması və təkrar emalı” üzrə onlayn təlim modulu appeared first on EU NEIGHBOURS east.