Skip to main content

Avropa Həmrəylik Korpusu: Portuqaliya Qırmızı Xaç Cəmiyyətində uzunmüddətli könüllülük

24/07/2026

Portuqaliyadakı Qırmızı Xaç Cəmiyyəti 11 yanvar – 13 avqust 2027-ci il tarixlərində 18–30 yaş arası həvəsli gəncləri, o cümlədən Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan olan gəncləri komandasına qoşulmağa dəvət edir.

Fəaliyyət Portuqaliyanın Oliveyra-di-Azemeyş bələdiyyəsinin Vila-de-Kukujaeş yaşayış məntəqəsində baş tutacaq.

Könüllülər müxtəlif sahələrdə, o cümlədən Ərzaq Bankının logistika işlərində, qocalar evi və reabilitasiya mərkəzində (asılılıqdan müalicə olunanlar üçün), həmçinin yerli ibtidai məktəb və daimi kənd təsərrüfatında həyata keçirilən fəaliyyətlərdə yaxından iştirak edəcəklər. Könüllülər həmçinin sığınacaqlar, ətraf mühit təşəbbüsləri və yerli ianə toplama tədbirləri ilə bağlı fəaliyyətlərə də cəlb oluna bilərlər.

Onlar digər beynəlxalq könüllülərlə birlikdə xüsusi mənzildə, ümumi otaqlarda (hər otaqda iki nəfər olmaqla) qalacaqlar. Könüllülərə Avropa Həmrəylik Korpusunun qaydalarına uyğun olaraq aylıq cibxərci və yemək üçün müavinət (ayda təxminən 340 avro) veriləcək. Könüllülərin öz ölkələrinə gediş-gəliş xərcləri ESC proqramının qaydalarına əsasən qarşılanacaq.

Ərizə ilə müraciət üçün son tarix avqust ayının 4-dür.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Avropa Həmrəylik Korpusu: Portuqaliya Qırmızı Xaç Cəmiyyətində uzunmüddətli könüllülük appeared first on EU NEIGHBOURS east.