
Aİ-nin Narkotiklərə Nəzarət Agentliyi: “EU4Monitoring Drugs II” layihəsi üzrə təcrübə proqramı

Avropa İttifaqının Narkotiklərə Nəzarət Agentliyi (EUDA) Aİ tərəfindən maliyyələşdirilən “EU4Monitoring Drugs II” (EU4MDII) layihəsi çərçivəsində Aİ-yə üzv olmayan ölkələrin, o cümlədən Azərbaycan, Ermənistan, Moldova və Ukrayna vətəndaşları üçün ödənişli yeni təcrübə proqramı elan edir.
Təcrübə proqramının müddəti 11 aydır. Proqram EUDA-nın Portuqaliyanın paytaxtı Lissabonda yerləşən ofisində həyata keçiriləcək.
Təcrübəçi Yaxın Şərq və Şimali Afrika regionunda narkotik vasitələrlə bağlı vəziyyətin 2050-ci ilədək proqnozlaşdırılması üzrə materialların hazırlanmasına töhfə verəcək və Avropa Qonşuluq Siyasəti (ENP) ölkələri üçün gizli şəbəkədə narkotik vasitələrin dövriyyəsinə dair analitik panelin qurulmasını dəstəkləyəcək. Bununla yanaşı, o, EU4MDII layihəsinin kommunikasiya fəaliyyətində iştirak edəcək, eləcə də ENP regionundan olan nümayəndələrin qatıldığı görüş və seminarların təşkilinə kömək edəcək.
Ödənişli təcrübə proqramının iştirakçılarına ayda təxminən 1421 avro məbləğində təqaüd ödənilir.
Namizəd hərbi xidmətlə bağlı qanunvericiliyin tələblərinə cavab verməli, müvafiq vəzifə öhdəliklərini yerinə yetirmək üçün fiziki baxımdan yararlı olmalı, ali təhsilin birinci pilləsini (bakalavr dərəcəsi) bitirməli və ya son müraciət tarixinədək buna bərabər olan diplom əldə etməli, eləcə də ingilis dilində səlis danışmaq və yazmaq bacarığına malik olmalıdır.
Ərizə ilə müraciət üçün son tarix avqust ayının 25-dir.
Daha çox öyrənin
The post Aİ-nin Narkotiklərə Nəzarət Agentliyi: “EU4Monitoring Drugs II” layihəsi üzrə təcrübə proqramı appeared first on EU NEIGHBOURS east.