Skip to main content

9-cu “Avropa Məktəbi” Azərbaycanın müxtəlif bölgələrindən olan gəncləri bir araya gətirib

05/08/2026

İyulun 29-dan 31-dək Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən Şamaxı şəhərində 9-cu “Avropa Məktəbi” (EuroSchool) təşkil olunub. 

Layihədə Bakı, Balakən, Sumqayıt, Xaçmaz, Xankəndi, Şəki və Gəncə şəhərlərindən olan 18 nəfər gənc, eləcə də Azərbaycan, İspaniya, İtaliya və Polşadan olan Gənc Avropa səfirləri (YEAs) iştirak ediblər.

İştirakçılar interaktiv təlim mühitində Aİ, onun tarixi, fundamental prinsipləri və dəyərləri, Şərq Tərəfdaşlığı təşəbbüsü, Aİ-Azərbaycan münasibətləri, o cümlədən enerji və ətraf mühit məsələləri, dezinformasiya və saxta xəbərlərlə mübarizə və digər mövzular barədə daha ətraflı məlumat əldə etmək imkanı qazanıblar. 

“EU NEIGHBOURS East” proqramının nümayəndələri iştirakçıları Aİ-yə üzv dövlətlərin və Azərbaycan da daxil olmaqla Şərq Tərəfdaşlığı ölkələrinin gənclərini birləşdirən “Gənc Avropa səfirləri” şəbəkəsi ilə tanış ediblər. Azərbaycandan olan Gənc Avropa səfirləri isə Aİ, onun Avropada və Şərq Tərəfdaşlığı ölkələrində gənclər üçün oynadığı rol, eləcə də region gəncləri üçün təhsil də daxil olmaqla mövcud imkanlar ətrafında müzakirələr təşkil ediblər.

İştirakçılara sertifikatlar təqdim olunub və onlar “Gənc Avropa səfirləri” şəbəkəsinə üzv olmağa dəvət ediliblər.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü dialoqu təşviq etmək və Aİ ilə əməkdaşlıq haqqında məlumatlılığı artırmaq üçün altı Şərq Tərəfdaşlığı ölkəsi, Avropa İttifaqı və Böyük Britaniyadan olan fəal gəncləri birləşdirən şəbəkədir.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post 9-cu “Avropa Məktəbi” Azərbaycanın müxtəlif bölgələrindən olan gəncləri bir araya gətirib appeared first on EU NEIGHBOURS east.