
“Bələdiyyə sədrlərinin razılaşması – Şərq” Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanmasına dair təlimat kitabçası dərc edib

2026-cı ilin iyul ayında Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi (JRC) “Bələdiyyə sədrlərinin razılaşması – Şərq” (CoM East) təşəbbüsü çərçivəsində “Şərq Tərəfdaşlığı ölkələrində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması” ilə bağlı təlimat kitabçası dərc edib.
Hərtərəfli və mərhələli təlimat kitabçasında Şərq Tərəfdaşlığı regionundakı tərəfdaşlara aşağı karbonlu, dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında dəstək olur, eyni zamanda yerli icmalarda dayanıqlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.
Təlimat kitabçasında SECAP-ın layihələndirilməsi, hazırlanması, icrası və monitorinqinin vacib məqamları əks olunub. Sözügedən sənəd bütün prosesin uğurunu təmin edən 10 əsas element üzərində qurulub. Bələdiyyələrin diqqət yetirməli olduğu bu istiqamətlərə siyasi məsuliyyət, müvafiq bələdiyyə resurslarının səfərbər olunması, maraqlı tərəflərin cəlb edilməsi, mövcud vəziyyətin qiymətləndirilməsi, hədəflərin müəyyənləşdirilməsi, əsas çətinliklərin həllinə yönəlmiş tədbirlərin hazırlanması, adekvat maliyyələşmənin təmin edilməsi, SECAP-ın qəbulu və təqdim olunması, icra, monitorinq və hesabatlılıq daxildir.
Bu nəşr 2018-ci ildə işıq üzü görmüş əvvəlki “Şərq Tərəfdaşlığı ölkələrində Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının (SECAP) hazırlanması” kitabçasının hərtərəfli yenilənmiş versiyasıdır.
Yeni sənəddə Avropa və beynəlxalq iqlim siyasəti məqsədləri istiqamətində əldə olunan irəliləyişlərə uyğun olaraq öhdəliklərə dair yenilənmiş məlumatlar yer alır. Bundan əlavə, kitabçada “CoM East” çərçivəsinin hazırlanması, xüsusilə də enerji yoxsulluğu ilə mübarizə istiqamətinin daxil edilməsi ilə bağlı əlavə tövsiyələr yer alıb. Mətnin oxunmasını asanlaşdırmaq və müxtəlif oxucu auditoriyasının ehtiyaclarını qarşılamaq üçün sənəd tamamilə yeni strukturda tərtib olunub.
Daha çox öyrənin
The post “Bələdiyyə sədrlərinin razılaşması – Şərq” Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanmasına dair təlimat kitabçası dərc edib appeared first on EU NEIGHBOURS east.