
Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2026 – martın 20-dək müraciət edin

Aİ tərəfindən maliyyələşdirilən Rəqəmsal bacarıqlar və məşğulluq platforması 2026-cı il üzrə Rəqəmsal Bacarıqlar Mükafatı üçün ərizələrin qəbuluna başlayıb.
2026-cı il üzrə mükafat beş kateqoriya üzrə təqdim olunacaq:
- İş yerində rəqəmsal texnologiyalar sahəsində bacarıqların təkmilləşdirilməsi: kiçik və orta sahibkarlıq (KOB-lar) subyektləri daxil olmaqla, müxtəlif sektorlarda çalışan peşəkarların bacarıqlarının artırılması və yenidən ixtisaslaşmasına yönəlmiş, habelə İKT mütəxəssislərinin işlə təmin olunmasına dəstək verən layihələr.
- Təhsil üzrə rəqəmsal bacarıqlar: xüsusilə müəllimlər və/və ya tələbələr, peşə təhsili və təlimi (PTT) müəssisələrinin, məktəblərin və inzibati heyətin rəqəmsal texnologiyalar sahəsində yenidən ixtisaslaşmasını nəzərdə tutan layihələr.
- Rəqəmsal dünyaya inteqrasiya: təcrid olunma riski ilə üzləşən həssas və marginallaşmış qruplara rəqəmsal təlimlər, media savadlılığı və əlçatanlıq üzrə bacarıqlar aşılayan layihələr.
- İKT sektorunda çalışan qadınlar: qadınların İKT sektorunda rolunu gücləndirən, peşəkar bacarıqlarının artırılmasına dəstək verən və gənc qızları texnoloji ixtisaslara ruhlandıran layihələr.
- Kibertəhlükəsizlik üzrə bacarıqlar: vətəndaşlar və KOB-lar üçün kibertəhlükəsizlik üzrə bacarıqların artırılmasına yönəlmiş layihələr.
Mükafatı almaq üçün dövlət və qeyri-dövlət müəssisələri, təhsil ocaqları, yerli təşəbbüslər və ya Aİ tərəfindən maliyyələşdirilən layihə konsorsiumları ərizə ilə müraciət edə bilər. Hal-hazırda icra olunan və məqsədinin azı yarısına çatan layihə və ya təşəbbüs və ya icrası 2025-ci ilin yanvar ayından sonra tamamlanan layihələr təqdim oluna bilər.
Layihə və ya təşəbbüs azı bir Aİ-yə üzv ölkəsində icra olunmalıdır. Aİ-yə üzv olmayan ölkələrdə həyata keçirilən layihələri də təqdim etmək olar, amma onların Aİ-yə üzv dövlətlərdəki təsiri nümayiş etdirilməlidir.
Müraciətlərin təqdim olunması üçün son tarix 20 martdır.
Daha çox öyrənin
The post Avropa Rəqəmsal Bacarıqlar Mükafatı 2026 – martın 20-dək müraciət edin appeared first on EU NEIGHBOURS east.