Skip to main content

Aİ və Azərbaycan investisiyaların və bağlantıların artırılması məqsədilə əməkdaşlığı gücləndirir

30/01/2026

Yanvarın 29-da Avropa İttifaqı və Azərbaycan Aİ-nin Global Gateway təşəbbüsü və bu yaxınlarda icra olunmağa başlamış Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığı gücləndirmək üçün razılığa gəliblər. 

Bu tərəfdaşlıq nəqliyyat, rəqəmsal texnologiyalar, energetika və ticarət sahələrində dayanıqlı və möhkəm əlaqələr vasitəsilə yeni iqtisadi imkanlar yaratmağı və uzunmüddətli ümumi rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyir.

Sözügedən çərçivədə Avropa İttifaqı və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə birlikdə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəliblər. Bu layihə Azərbaycan və daha geniş regionda hərəkətliliyi və iqtisadi axınları yaxşılaşdırmaq üçün mühüm investisiya layihəsi hesab olunur. 

Sözügedən dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı 15 günlük tranzit müddəti çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Trans-Xəzər Nəqliyyat Dəhlizinin tərkib hissəsidir.

“Avropa və Asiya arasında şaxələndirilmiş, etibarlı və sabit marşrutlar ortaq strateji maraqlara xidmət edir. Onların gətirdiyi fayda qarşılıqlı olmaqla yanaşı, həddindən artıq asılılıqla bağlı riskləri də azaldır”, — Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin mətbuat üçün açıqlamasında deyilir.

Tərəfdaşlıq həmçinin innovativ maliyyə alətlərinin və ikitərəfli və regional dəstək proqramlarının təşviqi, eləcə də Aİ və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün növbəti prioritet layihələr üçün imkanları artıracaq. 

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

The post Aİ və Azərbaycan investisiyaların və bağlantıların artırılması məqsədilə əməkdaşlığı gücləndirir appeared first on EU NEIGHBOURS east.