
2026–2027-ci illər üzrə “Horizon Europe” İş Proqramına dair vebinar keçiriləcək

Avropa Komissiyası “Qlobal Xidmət Mexanizmi” (Global Service Facility) ilə əməkdaşlıq çərçivəsində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan siyasət qurucularını, tədqiqatçıları və innovatorları Şərq Tərəfdaşlığı ölkələrinin “Horizon Europe” (Aİ-nin Tədqiqat və İnnovasiya üzrə Çərçivə Proqramı) layihəsində iştirakını artırmaq məqsədilə keçiriləcək yarımgünlük vebinara dəvət edir. Vebinarda “Horizon Europe” proqramının 2026–2027-ci illər üzrə İş Proqramı barədə ətraflı məlumat veriləcək.
Tədbir 19 mart 2026-cı il tarixində canlı yayım formatında keçiriləcək.
Vebinarın əsas məqsədləri bunlardır:
- Şərq Tərəfdaşlığı ölkələri üçün aktual olan maliyyələşdirmə imkanlarına xüsusi diqqət yetirməklə 2026–2027-ci illər üzrə “Horizon Europe” İş Proqramının təqdim edilməsi;
- Region üçün xüsusi strateji əhəmiyyət kəsb edən tematik sahələr və maliyyə alətləri (məsələn, elmdə süni intellekt) diqqət mərkəzində olacaq;
- 2026–2027-ci illər “Horizon Europe” üzrə İş Proqramında Ukrayna üçün nəzərdə tutulmuş xüsusi tədqiqat və innovasiya üzrə maliyyələşdirmə imkanları təqdim ediləcək;
- Genişlənməkdə olan ölkələr üçün əlçatan olan alətlərə xüsusi diqqət ayırmaqla Avropa İnnovasiya Şurasının (EIC) 2026-cı il üzrə İş Proqramın təqdim edilməsi;
- Şərq Tərəfdaşlığı regionunun tədqiqat və innovasiya üzrə maraqlı tərəfləri arasında təcrübə mübadiləsinə və şəbəkələrin qurulmasına şərait yaratmaq.
Maraqlanan şəxslər bu linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Daha çox öyrənin
The post 2026–2027-ci illər üzrə “Horizon Europe” İş Proqramına dair vebinar keçiriləcək appeared first on EU NEIGHBOURS east.