SALTO: gənclərlə iş sahəsində çalışan mütəxəssislər üçün təkrar emal mövzusunda onlayn kurs
06/02/2026
İtaliyanın “Associazione Culturale Idee in Movimento” qeyri-hökumət təşkilatı gənclər təşkilatlarının işçilərini Avropa İttifaqı tərəfindən maliyyələşdirilən SALTO proqramı çərçivəsində başladılan “Upcyclart” adlı onlayn kursda iştirak etməyə dəvət edir.
Bu interaktiv və praktiki kurs gənclər təşkilatlarında işləyən mütəxəssislər üçün nəzərdə tutulub. Məqsədi yerli tullantı problemlərini həll edən və eyni zamanda Avropanın yaşıl iqtisadiyyata keçidinə töhfə verən təkrar emal sahəsi üzrə bizneslərin qurulmasında məhdud imkanlı gənclərə dəstək olmağı öyrətməkdir.
Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan gənclərlə işləyən mütəxəssislər, təlimçilər, gənclər layihələrinin menecerləri, kouçlar və tədqiqatçılar kursa qatıla bilərlər.