Azərbaycanın paytaxtında “Avropa meydanları” adlı foto sərgisi keçiriləcək
11/02/2026
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Bakı şəhərinin sakinlərini və qonaqlarını “Avropa meydanları” adlı foto sərgiyə baş çəkməyə dəvət edir.
Sərgi 10−13 fevral tarixlərində Crescent Mall-da keçiriləcək.
Tədbir FantazEU Mədəni İrs Festivalı çərçivəsində Aİ Nümayəndəliyi tərəfindən Aİ-yə üzv dövlətlərin səfirlikləri ilə birgə təşkil olunur.