Qara Yanvar faciəsinin 35-ci ildönümünü qeyd edən bu matəm günündə Avropa İttifaqının Azərbaycandakı səfiri Z. A. Peter Mixalko, Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər.
“35 il əvvəl bu faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Aİ Azərbaycanda, Cənubi Qafqazda və dünyada sülhün, sabitliyin və rifahın gücləndirilməsinə sadiq qalır”, – deyə Z. A. Mixalko bildirib.