Aİ “Planetimiz üçün” Seminarı ilə Gənclərin Yaşıl Enerji Sahəsində İştirakını Gücləndirir
14/10/2024
Avropa İttifaqı gələcək nəsillərə daha yaşıl və təmiz bir dünya miras qoymaq üçün səylərini əsirgəmir.
Bu məqsədlə “Planetimiz naminə” adlı ictimai kampaniyasını davam etdirir. 12 oktyabr tarixində Avropa İttifaqı Şərq Tərəfdaşlığı və Gənc Avropa Səfirlərinin əməkdaşlığı əsasında baş tutan tədbirin məqsədi məktəblilərin enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri haqqında biliklərini artırmaq idi. Tədbir zamanı iştirakçılar iqlim dəyişikliyi, bərpa olunan enerji və elektrik enerjisinin qorunması mövzularında interaktiv fəaliyyətlərə qatıldılar və bu sahələrdə daha dərin biliklər qazandılar.