Skip to main content

Şərq Tərəfdaşlığı ölkələrində gender stereotiplərinə qarşı mübarizə aparmağın vaxtıdır

22/11/2024

Gender bərabərliyi istiqamətində əldə edilən nailiyyətlərə baxmayaraq, zərərli stereotiplər hələ də Şərq Tərəfdaşlığı ölkələri olan Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada gündəlik həyatı formalaşdırmaqdadır. 2022-ci ildə “EU 4 Gender Equality” proqramı çərçivəsində həyata keçirilən regionda Gender normaları və stereotipləri üzrə ilkin tədqiqat göstərir ki, dərin kök salmış stereotiplər bu sahədə irəliləyişə mane olmaqda davam edir. Biz Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynadan olan ekspertlərdən hər kəs üçün daha bərabər icmaların qurulması məqsədilə nə tələb olunduğunu anlamaq üçün regionda ən geniş yayılmış gender stereotipləri haqqında ətraflı məlumat vermələrini xahiş etdik.

Stereotip 1“Qadınlar karyeralarına deyil, ailələrinə daha çox diqqət yetirməlidirlər”

The Baseline Study shows that the ‘good mother’ stereotype still pressures women to prioritise household duties over career development, especially during their children’s early years.

Adı çəkilən ilkin tədqiqat göstərir ki, “yaxşı ana” stereotipi hələ də xüsusilə körpə uşağı olan qadınları karyerada yüksəlişi deyil, məişət işlərini seçməyə vadar edir.

“Bu sosial gözlənti qadınların işçi qüvvəsindəki iştirakını məhdudlaşdırır və onların ödənişsiz uşağa qulluq və ev işləri yükünü üzərlərinə götürmələrinə səbəb olur”. Bunu 2024-cü ildə “EU 4 Gender Equality” təşəbbüsü çərçivəsində hazırlanmış Şərq Tərəfdaşlığı ölkələrində gender normaları və stereotipləri üzrə qiymətləndirmənin müəllifi Gilyem Fortuni deyib. “İş yerində ayrı-seçkilik halları ənənəvi korporativ etika qaydalarına, liderlik dəyərlərinə və ümumilikdə rəhbər vəzifələrə qadınların qəbul edilməməsinə əsaslanır”, – o, qeyd edib.

Regionda bu sahədə müşahidə edilən vəziyyət atalıq məzuniyyətinin, valideynlər üçün sərbəst məzuniyyətin və məzuniyyətin bölüşdürülməsi imkanının olmaması ilə daha da ağırlaşır. Kişilərin evə əsas “çörək gətirən” olması stereotipi isə qadınların daha çox evə aid olmaları fikrinə töhfə verir.

Ödənişsiz ev və uşaqlara qulluq işlərində kişilər və qadınlar arasında qeyri-bərabərliyin aradan qaldırılması hərtərəfli yanaşma tələb edir. BMT-nin Əhali Fondunun Azərbaycan bölməsinin nümayəndəsi Səbinə Manafovanın sözlərinə görə, bu məsələ ilə bağlı məlumatların toplanması çox vacibdir. Bu cür məlumatlar qadınlar tərəfindən görülən ödənişsiz  məişət işlərinin mühüm əhəmiyyətini vurğulaya, qanunvericilərə problemin miqyasını anlamağa kömək edə və onun qadınların maliyyə baxımından müstəqilliyinə təsiri barədə ictimaiyyətin məlumatlılığını artıra bilər.

“Sözügedən məlumatlar həmçinin kişiləri uşaqlara qulluq və ev işlərində daha fəal olmağa həvəsləndirəcək sübuta əsaslanan siyasətlərin işlənib hazırlanması və həyata keçirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Onlar ailə üzvlərinə qulluğun yalnız qadınların məsuliyyəti olmadığını, əslində ortaq məsuliyyət olması mədəniyyətini təşviq edəcək. Buna paralel olaraq, sərbəst iş qrafiki kimi ailəyə uyğun siyasətlərin həyata keçirilməsi həm kişilərə, həm də qadınlara öz peşəkar fəaliyyətini evdəki vəzifələri ilə daha yaxşı balanslaşdırmağa kömək edə bilər, eləcə də onların ev işlərində ortaq iştirakını daha da təşviq edə bilər. “Mentalitetin dəyişməsi üçün icmaların cəlb edilməsi tələb olunur. Bu səylərlə yanaşı, həm dövlət, həm də özəl sektora yönəlmiş təhsil proqramlarının icrası vacibdir”, – Manafova deyir.

Adı çəkilən qiymətləndirmənin nəticələri “EU 4 Gender Equality” proqramında iştirak edən icmalarda zərərli gender normalarının ləğv edilməsində əldə edilmiş irəliləyişi araşdıraraq, məqsədyönlü müdaxilələrin nəticə verməyə başladığını göstərir. Bu tədbirlərdə iştirak edən kişilərin 57%-i, iştirak etməyən 39% ilə müqayisədə ailənin təmin edilməsində hər iki cinsin eyni dərəcədə məsuliyyət daşıdığı fikrini dəstəkləyirlər. Eynilə proqram çərçivəsində təlimlərdə iştirak edən gənclər də gündəlik xərclərlə bağlı qərarların bərabər qəbul edilməsi ideyasını irəli sürürlər. Bu, təlimlərdə iştirak etməyən 64% gənclərlə müqayisədə 84% gənc bu fikri dəstəkləyir.

Stereotip 2“STEM fənləri qadınlar və qızlar üçün deyil”

Məişət işləri və qulluqla bağlı gözləntilərdən əlavə, gender stereotipləri təhsil və peşəkar fəaliyyətləri də əhatə edir. Ukraynada elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) kimi kişilərin üstünlük təşkil etdiyi sahələrdə çalışan qadınlar stereotiplərin və cəmiyyətin gözləntilərinin onların bu sahələrdə karyera qurmaq imkanını məhdudlaşdırdığını bildiriblər. Qiymətləndirmə göstərir ki, rol modellərinin olmaması və cəmiyyətdəki mövcud stereotiplər qızların STEM-də karyera qurmalarına mane olur.

“InScience” qeyri-hökumət təşkilatının həmtəsisçisi və partnyoru Anna Orexova bildirir ki, Ukraynada və regionda yaşayan gənc qızların çoxu cəmiyyətin onları STEM sahələrində görmədiyi üçün bu sahələrdən uzaqlaşmaq qərarına gəlirlər. O, bu təzyiqin istedadlı qadınları karyeralarının ilk illərində həmin sahələri tərk etməyə məcbur edəcək qədər güclü olduğunu istisna etmir.

STEM-də qadınları dəstəkləyən mühitin yaradılması struktur dəyişikliklər tələb edir. Anna Orexova hesab edir ki, bu problemin həll yolu təhsil müəssisələrini, sahibkarlıq müəssisələrini və vətəndaş cəmiyyətini özündə birləşdirən ekosistemin yaradılması və bununla da müxtəlif sektorlarda STEM üzrə gender bərabərliyinin təşviq edilməsindədir.

“Uğur qazanmış qadın alimlərin iştirak etdiyi kommunikasiya  kampaniyaları cəmiyyətdə kişilərin karyeralarına, qadınların isə ev işlərinə və uşaqlara qulluğa daha çox diqqət yetirmələrini diktə edən normaları aradan qaldırmaq üçün də lazımdır”, – o, əlavə edib.

Stereotip №3. “Zorakılığa haqq qazandırmaq olar”

Gender əsaslı zorakılıq gender bərabərsizliyi, ayrı-seçkilik və zərərli mədəni və sosial normalara köklənmiş ən geniş yayılmış insan hüquqları pozuntularından biri olaraq qalır. BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Gürcüstan ofisinin nümayəndəsi İrina Caparidzenin sözlərinə görə, qadınların sosial normaları pozan fərd olduğuna inanılan bəzi cəmiyyətlərdə zorakılığa haqq qazandırılır.

Gender əsaslı zorakılıq gender bərabərsizliyi, ayrı-seçkilik və zərərli mədəni və sosial normalara köklənmiş ən geniş yayılmış insan hüquqları pozuntularından biri olaraq qalır. BMT-nin Qadınlar üçün İnkişaf Fondunun Gürcüstan ofisinin nümayəndəsi İrina Caparidzenin sözlərinə görə, qadınların sosial normaları pozan fərd olduğuna inanılan bəzi cəmiyyətlərdə zorakılığa haqq qazandırılır.

Gender normaları və stereotipləri üzrə qiymətləndirmədə iştirak edən yerli vəkillər və vətəndaş cəmiyyəti təşkilatları zorakılığa qarşı tolerantlığın cəmiyyətdə yüksək olaraq qaldığını göstərir. Onlar maarifləndirmə kampaniyalarının aparılmasının, daha güclü institusional dəstəyin və maarifləndirici təşəbbüslərin erkən yaşlardan başlayaraq şagirdlərin, valideynlərin və məktəblərin cəlb edilməsinin zəruriliyini vurğulayıblar.

2022-ci ildə Gürcüstanda həyata keçirilən tədqiqat göstərdi ki, əhalinin təxminən dörddə biri hələ də bəzi hallarda ərin arvadını döyməsinə haqq qazandırır”, – İrina Caparidze deyir.

Digər mühüm məsələ odur ki, zorakılıq qurbanları çox vaxt yaşadıqları hadisələr haqqında danışmağa çətinlik çəkirlər.

“Gürcüstanda zorakılığa məruz qalmış qadınların 40%-ə yaxını heç vaxt, hətta ailə üzvlərinə və ya dostlarına bunu bildirmir. Onlar qorxurlar ki, onlara inanmayacaqlar və ya daha da pis, cəmiyyət onları mühakimə edəcək”, – Caparidze izah edir. Bu stiqma, ictimai təzyiqlə birləşərək, qadınları tez-tez şikayətlərini geri götürməyə məcbur edir.

Cəmiyyətdə dərin kök salmış inanclarla mübarizə aparmaq üçün İrina Caparidze problemlə müxtəlif səviyyələrdə məşğul olmağa imkan verəcək “inteqrasiya edilmiş yanaşma”nın zəruriliyini vurğulayır. Siyasətlər və qanunvericilik gender əsaslı olmalıdır və ədliyyə sistemi, tibb müəssisələri və sosial xidmətlər kimi bu qanunların icrasına cavabdeh olan qurumlar qurbanları dəstəkləmək üçün daha yaxşı təchiz edilməlidir.

Qiymətləndirmə həmçinin göstərir ki, məqsədyönlü müdaxilələr səhiyyə işçiləri arasında gender bərabərliyi və sosial normalar haqqında təsəvvürləri müsbət istiqamətdə dəyişməkdə uğurlu olub.

Stereotip №4. “Cinsi tərbiyə faydasızdır”

Cinsi maarifləndirmə gender və münasibətlər barədə sağlam düşüncənin formalaşmasında mühüm rol oynayır, lakin bir çox cəmiyyətlərdə kifayət qədər qiymətləndirilmir. Ukraynada fəaliyyət göstərən “Pislyazavtra” adlı qeyri-hökumət təşkilatının rəhbəri İrina Rubisin fikrincə, gender və cinsəllik ilə bağlı mövzularda maarifləndirmənin olmaması stereotiplərin formalaşmasına şərait yaradır.

“Biz yeniyetmələrdən və yetkinlərdən genderlə bağlı qərəzli düşüncələrin mənbələri barədə soruşduqda, onlar davamlı olaraq əsas səbəblərdən biri kimi bu mövzularda maarifləndirmənin olmamasını əsas gətirirlər. Hərtərəfli cinsi maarifləndirmə cinsəllik, bədən və gender rolları ilə bağlı zərərli mifləri və stereotipləri aradan qaldırır. Dəqiq məlumatların təmin edilməsi və hərtərəfli cinsi təhsil formatları vasitəsilə açıq dialoqu təşviq etməklə biz nəinki gender bərabərliyini qəbul edir, gender əsaslı zorakılığı və ayrı-seçkiliyi azaldır, hətta ümumi tolerantlığı artırır və ədalətli cəmiyyətə töhfə veririk”, – Rubis deyir.

Avropa Parlamentinin hərtərəfli cinsi təhsilin əhəmiyyəti ilə bağlı tədqiqatı kimi müxtəlif tədbirlər hərtərəfli cinsi təhsilin gender bərabərliyinə nail olmaq və gender əsaslı zorakılığın qarşısının alınmasında mühüm rol oynadığını təsdiqləyir.

“Bu, insanlara ənənəvi stereotiplərə meydan oxumağa həvəsləndirməklə yanaşı, azlıqların səslərinin gücləndirilməsində onlarla müttəfiq olmaq imkanı verir”, – Rubis əlavə edib.

Stereotip №5. “Əlilliyi olan qadınlar işləyə bilməz”

Əlilliyi olan qadınlar peşəkar sferada iştirak imkanlarına çıxış yolunda ciddi maneələrlə üzləşməkdə davam edirlər. Gender normalarının və stereotiplərinin sonrakı qiymətləndirilməsi göstərir ki, Şərq Tərəfdaşlığı ölkələrində əlilliyi olan qadınların əksəriyyəti əmək bazarında iştirakı yüksək qiymətləndirirlər. Bununla belə, fokus qruplarla müzakirələr onların işə götürənlər tərəfindən ayrı-seçkiliklə üzləşdiyini, bu da yüksək maaşlı işlərin əldə edilməsini çətinləşdirdiyini üzə çıxarıb. Eyni zamanda, məktəblərdə və universitetlərdə keyfiyyətli inklüziv təhsilin olmaması, habelə fiziki, informasiya və kommunikasiya ilə bağlı maneələr onların imkanlarını daha da məhdudlaşdırır, bir çox qadınları işlə təmin olunmaq üçün lazımi ixtisaslara yiyələnməkdən məhrum edir.

“Əlilliyi olan qadınlar həm qadın, həm də əlilliyi olan şəxslər olaraq stereotiplərlə üzləşirlər. Cəmiyyət onlara qulluq göstərən kimi baxır və eyni zamanda onları qulluğa ehtiyacı olan hesab edir və beləcə keçilməz sədd yaradır”, – Əlil Qadınların Hüquqlarının Müdafiəsi üzrə qeyri-hökumət təşkilatı olan “Agate” Mərkəzinin layihə rəhbəri Qayane Qriqoryan deyir.

O, izah edir ki, Ermənistanda təhsil müəssisələri çox vaxt müxtəlif növ əlilliyi olan tələbələri yerləşdirmək üçün lazımi resurslara malik deyil və ictimai gözləntilər onları ali təhsil almaqdan çəkindirir. “Biz stereotiplərə meydan oxumaqla və hər kəsin potensialını dəstəkləyən mühit yaratmaqla real dəyişikliklər baş verir”, o, əlavə edir.

Fəaliyyət və məqsədyönlü tədbirlər vasitəsilə dəyişikliklərin gücləndirilməsi

Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyinə aparan yol çətin olsa da, davamlı maarifləndirmə, hüquqların müdafiəsi və köklü stereotiplərə meydan oxumaqla irəliləyiş əldə etmək mümkündür. İnsanlara köhnəlmiş normaları yenidən nəzərdən keçirmək səlahiyyətini verməklə və hər kəs üçün bərabər imkanları təşviq etməklə istər iş yerində, istər təhsildə, istərsə də evdə hər bir insanın potensialının reallaşdığı bir cəmiyyət yarada bilərik.

Müəllif: Olqa Konseviç