Skip to main content

“Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində təlim keçirilib

06/11/2023

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 2 noyabr 2023-cü il tarixində “Təsirli hekayə necə yaradılır” mövzusunda təlim keçirilib.

Təlim şəxsi inkişaf üzrə təlimçi tərəfindən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 5 aidiyyəti əməkdaşı üçün keçirilib. Təlimdə rəqəmsal hekayə, onun elemetləri, hekayə yaratma bacarıqları haqqında məlumat verilib, iştirakçılar üçün seminar və qrup işi təşkil edilib.  

Layihə Azərbaycan Respublikası hökuməti və Avropa İttifaqı arasında imzalanmış Maliyyə Sazişi (“Azərbaycanda məşğulluq üçün təhsil”) çərçivəsində həyata keçirilir. ”Azərbaycanda məşğulluq üçün təhsil 2018-ci il” illik fəaliyyət proqramı Avropa qonşuluq və tərəfdaşlıq aləti çərçivəsində maliyyələşdirilir. Layihənin məqsədi Azərbaycanda təhsil sisteminin hərtərəfli keyfiyyət təminatına töhfə vermək və bütün səviyyələrdə təhsil müəssisələrinin akkreditasiyası və  keyfiyyət təminatı, əvvəlki təhsilin tanınması üzrə yeni mexanizmlərin hazırlanması və tətbiqi, eləcə də Avropanın qabaqcıl təcrübəsinə uyğun olaraq xarici kvalifikasiyaların tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin potensialının gücləndirilməsidir.