Aİ tərəfindən maliyyələşən layihə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iştirakı ilə Psixi Sağlamlıq və Psixososial Dəstək Potensialının Gücləndirilməsi mövzusunda Məsləhətləşmə görüşü keçirilib
Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) tərəfindən həyata keçirilən “Azərbaycanda icmanın ehtiyacları və yerli imkanlarla vətəndaş cəmiyyəti təşkilatlarının potensialları arasındakı boşluğun aradan qaldırılması” layihəsi çərçivəsində “Psixi Sağlamlıq və Psixososial Dəstək Potensialının Gücləndirilməsi” mövzusunda Məsləhətləşmə görüşü keçirildi. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbər heyəti və mütəxəsisləri iştirak edib.
Görüşün məqsədləri Azərbaycan Qızıl Aypara Cəmiyyətində (AzQAC) psixi sağlamlıq və psixososial dəstəyə (PSPSD) ehtiyacları təyin etmək, o cümlədən böhran və fəlakətlərin fərdlərin və cəmiyyətin psixi sağlamlığına və rifahına təsiri barədə məlumatlılığı və anlayışı artırmaq, görüş zamanı səmərəli PSPSD xidmətlərini təmin etmək üçün AzQAC-ın imkanlarının nəzərdən keçirilməsinin nəticələri ilə bağlı məsləhətləşmələr aparmaq və onların cari cavabında hər hansı boşluqları və ya çətinlikləri görüş zamanı müəyyən etmək, PSPSD -in AzQAC-ın proqram və xidmətlərinə inteqrasiyası üçün fəaliyyət planını hazırlamaq, həmçinin heyət və könüllülər üçün potensialın yaradılması, müvafiq maraqlı tərəflərlə tərəfdaşlığın gücləndirilməsi və PSPSD təşəbbüslərində icmanın cəlb edilməsi və iştirakının təşviqi olub.
Görüş AzQAC-ın Baş Katibi Ceyhun Mirzəyevin açılış nitqi ilə başladı. O, iştirakçıları salamlayıb və AzQAC-ın bu illər ərzində Psixi Sağlamlıq sahəsində gördüyü işlərdən bəhs edib.
“İllərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Psixi Sağlamlıq sahəsində aktiv fəaliyyət göstərir. Azərbaycan bu proqramın Aİ tərəfindən dəstəklənməsini və IFRC tərəfindən həyata keçirilməsini görmək olduqca xoşdur. Ümid edirik ki, Milli Cəmiyyətin PSPSD potensialını inkişaf etdirib, gücləndirərək ən yaxşı təcrübələri humanitar missiyalarımıza tətbiq etməyə davam edəcəyik” – Baş katib, Ceyhun Mirzəyev.
AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə də öz fikirlərini əlavə edib:
“Hərəkat daxilində belə bir görüş həqiqətən ruhlandırıcıdır. Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri və əməkdaşları 2020-ci ildə Qarabağda münaqişənin kəskin zamanlarında olduğu kimi, COVID-19 layihələrində də aktiv fəaliyyət göstərmişlər. Həmin illərdə könüllülərimiz və əməkdaşlarımız da bu sahədə fəaliyyət göstərərkən çox əziyyət çəkdilər. Ona görə də biz könüllülərimiz və əməkdaşlarımız üçün də PSPSD layihələri və görüşləri təşkil etməliyik. Humanitar əməliyyatlarda sağlam düşüncəli həmkarların olması bizim üçün vacibdir”.
Daha sonra PSPSD nümayəndəsi Alaa Alnasser (IFRC) və psixoloq Nigar Qədəşova (AzQAC) tədbir iştirakçılarını təqdim edib, görüşün ümumi məqsədi və gözləntiləri haqqında məlumat verib. Nigar Qədəşovanın “Psixi sağlamlıq və psixososial dəstək fəaliyyətinə giriş” adlı çıxışı zamanı iştirakçıların psixi sağlamlıq və psixososial dəstək haqqında bilikləri və müvafiq təcrübələri, habelə bunun onların işlərində nə qədər vacib ola biləcəyinə dair müzakirələr aparılıb və iştirakçıların psixi sağlamlıqla bağlı öz münasibətləri/inancları barədə tənqidi düşüncələri səsləndirilib.
Görüşün ikinci hissəsində Alaa Alnasser Milli Cəmiyyətin potensialının inkişaf imkanlarının müəyyən edilməsi haqqında ətraflı məlumat verərək, təklif olunan PSPSD çərçivəsi və fəaliyyət planının təqdimatı, texniki-iqtisadi əsaslandırmasının müzakirəsi və növbəti addımları barəsində danışıb. Görüş iştirakçılarının aktiv fəallığı ilə Alaa Alnasser və Nigar Qədəşova PSPSD fəaliyyətləri, təşkilati bacarıqların təhlili, təklif olunan PSPSD Çərçivəsi və Fəaliyyət Planı haqqında söhbət açıblar.
Günün yekununda isə iştirakçıların rəyləri dinlənilib və yekun sözlərlə bağlanış edilib.