Skip to main content

EU4Culture Rəssamlar və Mədəniyyət Peşəkarları üçün mobillik qrantları üçün müsabiqə elan edir

08/02/2023

Avropa İttifaqı () tərəfindən maliyyələşdirilən EU4Culture layihəsi Şərq Tərəfdaşlığı ölkələrindən: Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan olan sənətkarlar və mədəniyyət mütəxəssislərinə dəstək üçün mobillik qrantları üçün 3-cü müsabiqısini elan edir. Bu müsabiqə qeyri-paytaxt şəhərlərindən olan müraciətçilərin dəstəklənməsinə xüsusi diqqət yetirir.

EU4Culture mobillik qrantları təcrübə, təhsil səfərləri, konfranslar, peşəkar inkişaf və bilik mübadiləsini və mədəniyyətlərarası dialoqu təşviq edən digər fəaliyyətlər üçün açıqdır.

Bu ölkələrin vətəndaşları və ya qanuni rezidentləri olan 18 yaşdan yuxarı bütün mədəniyyət sektorlarından olan sənətkarlar və ya mədəniyyət mütəxəssisləri müraciət edə bilərlər. Bu dəfəki müsabiqənin ümumi qrant büdcəsinin yarısının xüsusi olaraq qeyri-paytaxt şəhərlərində yaşayan müraciətçilərə ayrılması müsabiqənin regionlar üçün xüsusi imkan yaratdığının bariz göstəricisidir.

Müsabiqə dörd növ mobilliyi dəstəkləyir:

1. Qısamüddətli səyahətlər (5-10 təqvim günü) – 1500 avroya qədər

2. Orta müddətli səyahətlər (5 həftəyə qədər) – 3500 avroya qədər

3. Uzunmüddətli səyahətlər (12 həftəyə qədər) – 5000 avroya qədər

4. Virtual Mobilliklər (onlayn iştirak) – 1000 avroya qədər

Mobillik layihələri 1 iyun 2023-cü il – 31 may 2024-cü il tarixləri arasında Avropa İttifaqına üzv dövlətlərdə, Aİ tərəfdaş ölkələrdə və digər Avropa ölkələrində həyata keçirilə bilər.

EU4Culture mobillik qrantlarına müraciət etmək üçün ərizəçilər Goethe Application Portal (GAP) vasitəsilə təklif etdikləri beynəlxalq mobillik üçün fəaliyyət planı və büdcə təqdim etməlidirlər.

Açıq müsabiqə üçün son tarix 27 mart 2023-cü il, saat 15:00-dır (Mərkəzi Avropa vaxtı).

EU4Culture mobillik sxemi Şərq Tərəfdaşlığı ölkələrində Rəssamlar və Mədəniyyət Peşəkarları arasında mədəniyyətlərarası dialoqu və bilik mübadiləsini təşviq etmək məqsədi daşıyır. İlk iki qrant müsabiqəsi zamanı layihə 155 nəfərin mobillik layihələrini dəstəklədi. 2024-cü ilə qədər daha iki müsabiqə elan ediləcək. EU4Culture Goethe-Institut (Aparıcı), Çex Mərkəzləri, Danimarka Mədəniyyət İnstitutu, Institut Français de Géorgie tərəfindən həyata keçirilir.

“EU4Culture Mobillik Müsabiqəsi Təlimatları”nda fürsət haqqında ətraflı məlumat əldə edin.

• EU4Culture Mobility Grants haqqında məlumat sessiyalarında iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçin.

Müraciət prosesi ilə bağlı hər hansı sualınız varsa, EU4Culture@goethe.de  ünvanında EU4Culture layihəsi ilə əlaqə saxlayın.