Skip to main content

Aİ və BMTİP “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsi çərçivəsində Azərbaycanda üzv olan bələdiyyələri üçün açıq müsabiqə elan edir!

23/05/2022

Azərbaycan Respublikasının “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” şəbəkəsində birləşmiş 48 bələdiyyəsi 60000 avro məbləğində qrant imkanı təmin edəcək “İllik maraqların ifadə olunması üzrə portfel müsabiqəsi” və “İllik innovasiya təklifləri üçün müsabiqə”də iştiraka dəvət olunur.Proqram Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) ilə tərəfdaşlıq çərçivəsində Avropa İttifaqı tərəfindən 2022-ci il martın 14-də həyata keçirilməyə başlanılan “İqtisadi İnkişafı dəstəkləyən Bələdiyyə Sədrləri” (M4EG) layihəsinin tərkib hissəsidir.

Şərq Tərəfdaşlığı ölkələrinin şəhərlərinə yönəlmiş proqram yerli şəraitə uyğunlaşdırılmış innovativ inkişaf strategiyalarının işlənib hazırlanması üzrə təlim və bilik mübadiləsi təklif edir. Aİ və BMTİP bələdiyyələrə yeni nəsil Yerli İqtisadi İnkişaf Planlarının (YİİP) işlənib hazırlanmasında, strateji təfəkkürün təşviqində və şəhərlərin dayanıqlığının gücləndirilməsində kömək göstərəcək.

M4EG Proqramı cari mərhələdə bələdiyyələrə pandemiya böhranının yaratdığı kəskin qeyri-müəyyənliklərin aradan qaldırılması, dayanıqlı və inkluziv inkişaf və iqtisadi rifah üçün yeni imkanların yaradılmasında yardım edilir. Proqram çərçivəsində yerli hakimiyyət orqanları və icmalarla sıx əməkdaşlıq mühitində inkişafa innovativ yanaşmalar araşdırılır və proqramın şəbəkəsinin genişləndirilməsi üçün yeni yollar axtarılır.

Həm “İllik maraqların ifadə olunması üzrə portfel müsabiqəsi”, həm də “İllik innovasiya təklifləri üçün müsabiqə” 30 iyun 2022-ci il tarixində başa çatacaq. Özündə öyrənmə, imkanlar, resurslar və eksperimentləri birləşdirən və birlikdə transformativ dəyişikliyə aparan yanaşmanın – pilot portfel layihəsinin – hazırlanması və sınaqdan keçirilməsi üçün maksimum iki bələdiyyə seçiləcək. Digər finalçı bələdiyyələr layihə təkliflərini “Şəhərin transformasiyası: Şəhər həyatının yenidən şəkilləndirilməsi” illik innovasiya müsabiqəsinə təqdim etməyə dəvət olunacaqlar.