Skip to main content

Belçikada bir illik könüllülük proqramı üçün müraciətlərin qəbuluna başlanıb

09/03/2022

Belçikanın Ostend şəhərindəki Vəhşi Təbiət Reabilitasiya Mərkəzi (Opvangcentrum voor Vogels en Wilde Dieren) 19-30 yaşarası gəncləri 1 may 2022-ci il tarixindən 30 aprel 2023-cü il tarixinədək 52 həftə müddətinə öz təşkilatının sıralarına qoşulmağa dəvət edir. Bütün Şərq Tərəfdaşlığı ölkələrindən olan gənclər müraciət edə bilərlər.

Könüllü əsasən işçi heyətinə heyvanların yemlənməsi və çəkisinin çəkilməsi, yeməklərin hazırlanması, qəfəslərin təmizlənməsi, qabların yuyulması, həmçinin qəfəslərin təmiri və tikinti işlərində köməklik göstərəcək. O, Avropa Həmrəylik Korpusunun digər könüllüləri ilə bir evdə yerləşdiriləcək və yemək və cib xərclərini ödəmək üçün ayda 360 avro ilə təmin olunacaq.

Müraciət üçün son tarix 21 fevraldır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east