Skip to main content

Avropa Təlim Fondu Yaşıl Bacarıqlar Mükafatı üzrə nümunələrin qəbuluna başlayıb

09/03/2022

2022-ci ildə Avropa Təlim Fondu (ETF) yaşıl iqtisadiyyata keçidin təşviqində bacarıqların rolunu əks etdirən qabaqcıl nümunələri mükafatlandırmağı planlaşdırır. “Yaşıl iqtisadiyyata keçid: təhsil, təlim və bacarıqlar” adı altında nümunələrin toplanmasının məqsədi təhsilin, təlimin və bacarıqların inkişafının dayanıqlı, təmiz, karbon neytral dairəvi iqtisadiyyatlara və cəmiyyətlərə keçidi necə dəstəklədiyini nümayiş etdirməkdir.

Əsas mükafat Avropa Komissiyası tərəfindən təşkil edilən “Avropa Peşə Bacarıqları Həftəsi 2022” çərçivəsində təqdim olunacaq. Ən yaxşı hekayələr ETF nəşrlərində və social şəbəkə hesablarında nümayiş ediləcək. ETF həmçinin ən maraqlı hekayələrdən ibarət qısametrajlı filmlər hazırlayacaq. Bu filmlərdən bir neçəsinin “Avropa Peşə Bacarıqları Həftəsi 2022”-də nümayiş olunması və ETF-in sosial media kanallarında təbliğ olunması nəzərdə tutulub.

Onlayn ərizə forması mart ayının 15-nə qədər İngilis, Fransız və ya Rus dillərində təqdim olunmalıdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east