Skip to main content

Aİ bir neçə Rusiya dövlət kanalının Aİ ərazisində yayımlanmasına qadağa qoyub

Martın 2-də Avropa İttifaqı Şurası Sputnik və RT/Russia Today kanallarının (RT English, RT UK, RT Germany, RT France və RT Spanish) Aİ ərazisində yayımının təcili dayandırılmasına dair qərar qəbul edib.

Bu tədbir Ukraynaya qarşı təcavüz dayandırılana və Rusiya Federasiyası və ona bağlı media vasitələrinin Aİ və ona üzv dövlətlərə qarşı dezinformasiya və informasiya manipulyasiyası kimi fəaliyyətlər dayandırılana qədər qüvvədə qalacaq.

Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlamasında deyilir ki, Sputnik və Russia Today Rusiya Federasiyasının hakimiyyət orqanlarının daimi və ya dolayı nəzarəti altındadır və Ukraynaya qarşı hərbi təcavüzün təşviqində və dəstəklənməsində mühüm rol oynayır.

“Rusiya Federasiyası qonşu ölkələr, Aİ və ona üzv dövlətlərdə sabitliyi pozmaq strategiyasını gücləndirmək üçün sistematik şəkildə dezinformasiya, məlumatların manipulyasiyası və faktların təhrif edilməsi üzrə beynəlxalq kampaniya həata keçirir”, – mətbuat üçün açıqlamada belə deyilir. “Xüsusilə dezinformasiya və informasiya manipulyasiyası dəfələrlə və ardıcıl olaraq Avropanın siyasi partiyalarına, xüsusən də seçkilər zamanı vətəndaş cəmiyyətinə, Rusiyanın gender və etnik azlıqlarına, sığınacaq axtaranlara və Aİ və ona üzv dövlətlərdəki demokratik təsisatların fəaliyyətinə qarşı yönəlmişdir”.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Original source: EU Neighbours east