Skip to main content

“Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” texniki yardım layihələrinin bağlanış mərasimi

22/02/2022

22 fevral tarixində Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanda maliyyələşdirilən iki layihənin – “Daha əlverişli KOB mühitinin yaradılması və rəqabət qabiliyyətinin artırılmasında Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin birgə bağlanış mərasimi keçirilib.

Hər iki layihənin benefisiarları KOB-ların və Sahibkarların rəqabətliliyinin dəstəklənməsi və təşviq edilməsi istiqamətində İqtisadiyyat Nazirliyi (İN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) texniki yardım göstərməklə eyni qurumlar olmuşdur.

Təxminən 50 beynəlxalq və yerli ekspertdən ibarət heyət (hər iki layihə üzrə) planlaşdırılan aralıq və yekun nəticələrin həyata keçirilməsi üçün müxtəlif sahələrdə təcrübəni təmin etmişdir.

Birgə bağlanış mərasiminin əsas məruzəçiləri və təqdimatçıları arasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko çıxış edib. Layihələrin icraçı konsorsiumları “Ekvita” şirkətinin rəhbəri İlqar Mehti və “European Profiles” şirkətinin prezidenti Dimitrios Bakolas tərəfindən təmsil olunub.

Ümumilikdə, iki layihənin büdcəsi təxminən 3 milyon avro təşkil etmişdir ki, bu da Avropa İttifaqı tərəfindən layihənin benefisiar qurumlarının əməkdaşlarının potensialının və bacarıqlarının gücləndirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi üçün ayrılmışdır, o cümlədən:

– KOBİA üçün layihələrin idarə edilməsi sisteminin yaradılması ilə KOB-lara dəstək layihələrinin effektiv şəkildə layihələndirilməsi və idarə edilməsi potensialının gücləndirilməsi;

– KOBİA-nın bütün ölkədə KOB-ları və sahibkarları dəstəkləyən 25-dən artıq KOB İnkişaf Mərkəzləri kimi təşkilatlar şəbəkəsində səmərəliliyin effektiv şəkildə ölçülməsi üçün rəqəmsallaşdırılmış monitorinq və qiymətləndirmə sisteminin yaradılması;

– KOB-ları/sahibkarları dəstəkləmək istiqamətində KOB klasterləri, tərəfdaşlıqlar və innovativ maliyyə mexanizmlərini təşviq etmək üçün tövsiyələr.

– qadınlar, gənclər eləcə də fiziki imkanları məhdud olan şəxslər və yaşlılar arasında sahibkarlığı dəstəkləmək üçün alətlərin hazırlanması və 

– kiçik biznesin fəaliyyəti, o cümlədən yaşıl iqtisadiyyat və kənd yerlərində turizmin müxtəlif aspektləri üzrə 10 e-tədris modulunun hazırlanması

– həmçinin Azərbaycanda KOB-ların inkişafında KOBİA-nın mərkəzi mövqeyini təmin etmək üçün çoxsaylı maraqlı tərəflərin iştirak etdiyi platforma yaradılmışdır.

COVID-19 pandemiyasına baxmayaraq, layihələr qabaqcıl təcrübələri öyrənmək, siyasətçilər, biznesə dəstək təşkilatları və özəl KOB-lar ilə görüşmək üçün Türkiyə, İspaniya, Yunanıstan və Rumıniyaya təlim səfərləri təşkil edə bilmişdir.

KOBİA-nın/İN-in yüksək vəzifəli nümayəndələri, orta idarəetmə və işçi heyətindən 400-dən çox iştirakçı fiziki və virtual olaraq potensialın gücləndirilməsi fəaliyyətləri və təlim proqramlarında iştirak edib.  

Aİ tərəfindən maliyyələşdirilən layihələr vasitəsilə ölkədə KOB-ların və sahibkarlığın davamlı inkişafı üçün dövlət-özəl sektor tərəfdaşlıq əlaqələrini,  Universitet və özəl sektor əməkdaşlığını daha da inkişaf etdirmək və genişləndirmək istiqamətində  Azərbaycanda KOB-lar və sahibkarlıq ekosistemlərinin təşviqi üçün məsul qurumlara  dəstək göstərilib.