Gender Əsaslı Zorakılığa Qarşı 16 Gün kampaniyası 25 noyabr Qadın Zorakılığına qarşı beynəlxalq Mübarizə Günündə başlayan və 10 dekabr İnsan Hüquqları Gününə qədər davam edən və hər il keçirilən beynəlxalq kampaniyadır. Bu kampaniya ilk dəfə 1991-ci ildə Qadınların Qlobal Liderlik İnstitutunun fəalları tərəfindən başlayıb və hər il Qadınların Qlobal Liderlik Mərkəzi tərəfindən koordinasiya olunaraq davam edir. Bütün dünyada fərdlər və təşkilatlar tərəfindən qadınlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılmasına çağırış üçün təşkilatı strategiya kimi istifadə olunur. Əvvəlki illərdə olduğu kimi, narıncı rəng UNiTE Kampaniyasının bütün qlobal fəaliyyətlərində birləşdirici mövzu kimi qadınlara qarşı zorakılıqdan azad parlaq gələcəyi təqdim etmək üçün istifadə olunur.
Vətəndaş cəmiyyəti təşəbbüsünü dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin 2030-cu ilə qədər Qadınlara Qarşı Zorakılığa son qoyulması üçün UNiTE kampaniyası (UNiTE kampaniyası) maarifləndirməni artırmaq, təbliğat səylərini gücləndirmək, bilik və innovasiyaları bölüşmək üçün qlobal tədbirlərə çağırır. Aİ-BMT Diqqət Təşəbbüsü qadınlara qarşı zorakılığın qarşısının alınması və aradan qaldırılmasında əhəmiyyətli proqress əldə edən, heç kimi geridə qoymamaq öhdəliyi ilə idarə olunan hərtərəfli və maraqlı tərəflərin çox olduğu modeli təmsil edir.
25 noyabr-10 dekabr 2021-ci il tarixlərində həyata keçirilən “Gender Əsaslı Zorakılığa Qarşı 16 Gün” kampaniyasının builki qlobal mövzusu “Dünyanı narıncı rəngə boyayaq: Qadınlara qarşı zorakılığa indi son qoyaq!” idi.