Skip to main content
Photo: European Union

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin iclasından sonra birgə bəyanat qəbul olunub

19/02/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Enerji və enerji səmərəliliyi

Fevralın 11-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. İclasa Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Avropa İttifaqı Komissiyasının enerji məsələləri üzrə Komissarı xanım Kadri Simson, eləcə də Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi sədrlik edib.

İştirakçılar Azərbaycan və Aİ arasında strateji enerji tərəfdaşlığının əhəmiyyətini bir daha təsdiqləyərək Cənub Qaz Dəhlizi layihəsinin başa çatmasını və Azərbaycandan Aİ-yə qaz tədarükünün başlanmasını alqışlayıblar. Bu tarixi nailiyyət, hökumətlər, beynəlxalq təşkilatlar, kredit təşkilatları, mədən və logistika sistemləri, podratçı şirkətlər, icmalar və yerli hökumət orqanları arasında 3500 km uzunluğundakı dəyər zənciri boyunca möhkəm əməkdaşlıq əsasında qurulub. Bu sözlər iclasdan sonra qəbul olunan birgə bəyanatda deyilir.

Cənub Qaz Dəhlizini Azərbaycan Respublikasındakı Şahdəniz yatağından Avropaya təhlükəsiz, etibarlı və rəqabət qabiliyyətli qaz tədarükünü təmin edən yeni mühüm ötürmə sistemi kimi tanıyırıq. Bu dəhliz Avropa ölkələrinin enerji təhlükəsizliyini gücləndirmək, Avropanın enerji bazarının inteqrasiyasını daha da asanlaşdırmaq və Cənubi və Mərkəzi Avropa boyunca qaz şəbəkələrinin operativ əlaqəsinə töhfə vermək kimi strateji hədəflərə xidmət edir”.

İştirakçılar, Avropaya şaxələndirilmiş və sabit qaz tədarükünü təmin etmək və daha böyük iqtisadi tərəfdaşlığın faydalarından yararlanmaq məqsədilə Dəhliz layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycan hökumətinin fundamental rolunu vurğulayıblar. Onlar həmçinin Qərbi Balkanlar daxil olmaqla, bütün maraqlı tərəfdaşların karbonsuz enerji sisteminə keçid istiqamətində irəlilədiyi müddətdə, texniki, tənzimləyici və kommersiya imkanlarına əsaslanan Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişləndirilməsi imkanlarını araşdırmaq səylərini dəstəkləyiblər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama