Aİ Şərq Tərəfdaşlığı regionunda iqtisadi inkişafı gücləndirməyə yönəlmiş layihələrə 10 milyon avro ayırır
- Kəsişən sahələr
- Gender məsələləri
- İqtisadi inkişaf və bazar imkanları
- İqtisadiyyat və ticarət
- Məşğulluq və sahibkarlıq
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Enerji və enerji səmərəliliyi
- Ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
- Gənclər
- Tədqiqat və innovasiya
Avropa Komissiyası İqtisadi İnkişaf naminə Merlərin Katibliyi (M4EG) təşəbbüsü çərçivəsində Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna şəhərlərində iqtisadi inkişafın sürətləndirilməsi üzrə qrant layihələrin qəbuluna başlayır.
Sözügedən təşəbbüs, iqtisadi fəaliyyətin stimullaşdırılması və yerli müəssisələrin dəstəklənməsi, yerli xidmətlərdəki boşluqların aradan qaldırılması və iş yerlərinin açılmasına və qadınların əmək bazarına inteqrasiyasına təsir göstərən Yerli İqtisadi İnkişaf Planlarının (YİİP-lər) hazırlanmasında bələdiyyələrə dəstək verir.
Təşəbbüsün 2020-ci ilin oktyabrında yekunlaşan ilk mərhələsində regionda olan 400-dən artıq şəhər rəhbərliyi bu təşəbbüsə qoşulub və M4EG təlimatlarına uyğun olaraq 230-dan çox YİİP-lər hazırlanıb. Hal-hazırda regionda 16 pilot layihə həyata keçirilir.
M4EG təşəbbüsünün ikinci mərhələsində 1-ci mərhələ çərçivəsində hazırlanmış YİİP-lərin icrasına dəstək vermək nəzərdə tutulub. Bundan əlavə, ikinci mərhələ həm dövlət, həm də özəl investisiya layihələrinin hazırlanmasına yönəlib və mövcud YİİP-lərə əsaslanan əlavə pilot layihələrin həyata keçirilməsini dəstəkləyir. Hazırda 15 irihəcmli layihə, o cümlədən innovasiyalar və gender məsələləri daxil olmaqla, hədəf dəstək tələb olunan spesifik problemlərin həllinə yönəlmiş 50-dən artıq kiçik layihə icra olunmaqdadır. Ölkələr arasında və daxilində, paytaxt şəhərlər və regionlar arasında coğrafi balans təmin edilir.
Qrant müsabiqəsi çərçivəsində ayrılacaq ümumi məbləğ 10 milyon avro (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Moldova üçün 5 milyon avro, Ukrayna üçün 4 milyon avro və Yerli İqtisadi İnkişaf Planlarına əsasən fəaliyyətlərin icrası üçün 1 milyon avro) təşkil edir.
İlkin qiymətləndirmə üçün layihə konsepsiyaları 6 aprel (Brüssel vaxtı ilə) tarixinə qədər təqdim olunmalıdır. Sonrakı mərhələdə seçilmiş ərizəçilər layihələrini tam şəkildə təqdim edəcəklər.
4 March 2021-ci il 13:00 (Brüssel vaxtı ilə) radələrində ərizəçilər üçün məlumat xarakterli onlayn görüş keçiriləcək.
İqtisadi İnkişaf naminə Merlərin Katibliyi (M4EG) təşəbbüsü Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna şəhərlərinə yerli biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığı stimullaşdırmaq və dayanıqlı iqtisadi inkişaf üçün investisiya cəlb etməklə inkişafa və yeni iş yerlərinin yaradılmasına dəstək verir.
Daha çox öyrən
Qrant müsabiqəsi haqqında əlavə məlumat və ərizə forması
İqtisadi İnkişaf naminə Merlərin Katibliyi təşəbbüsü ilə bağlı uğur hekayələri:
Gürcüstan: İqtisadi İnkişaf naminə Merlərin Katibliyi təşəbbüsü çərçivəsində davam edən layihələr
Belarus: Aİ-nin dəstəyi ilə biznes Qlubokoyedə həyatı necə dəyişdirib
Aİ Ermənistanlı gənc qadına biznesdə ilk addımlarını atmağa kömək edib