Skip to main content
High Representative/Vice President

Aİ pandemiya zamanı yeni humanitar yardım konsepsiyasını təqdim edib

12/03/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə
  • Cross-cutting areas
  • Civil society
  • Economic and social cooperation
  • Health

Martın 10-da Avropa Komissiyası COVID-19 pandemiyası səbəbindən artan humanitar problemlərin öhdəsindən gəlmək üçün Avropa İttifaqının qlobal humanitar fəaliyyətini gücləndirməyi təklif edib. Komissiyanın açıqladığı sənəddə resurs bazasının genişləndirilməsi, humanitar tərəfdaşlar üçün daha əlverişli mühitin dəstəklənməsi və böhranın əsas səbəblərinin aradan qaldırılması vasitəsilə humanitar yardımların verilməsini sürətləndirmək üçün bir sıra mühüm tədbirlər nəzərdə tutulub.

Sənəddə həmçinin beynəlxalq humanitar hüquqa diqqətin artırılması və iqlim dəyişikliyinin kəskin humanitar təsirinin azaldılması məsələləri ön plana çəkilir.

Aİ, tərəfdaşları və ya onların imkanları vasitəsilə humanitar yardımların çatdırılmasında ənənəvi mexanizmlərin təsirsiz və ya qeyri-kafi olduğu təqdirdə, həmin böhranlara birbaşa müdaxilə etmək üçün yeni mexanizm işləyib hazırlayacaq. Avropa İttifaqı nəqliyyat və logistikanı sadələşdirməyi və yardım mənbələrini birləşdirməyi planlaşdırır.

Bununla da Aİ, logistik qiymətləndirmələr, COVID-19 virusuna qarşı peyvəndlər və onların həssas ölkələrə çatdırılması daxil olmaqla yardım vasitələrinin ilkin mərhələdə yerləşdirilməsi, nəqli, saxlanması və paylanması üçün dəstək təmin edəcək.

Avropa İttifaqı və ona üzv dövlətlər  hazırda dünyanın aparıcı humanitar donorudur və qlobal yardımların təqribən 36%-i onun hesabına düşür.

Daha çox öyrən

Mətbuat üçün açıqlama