Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramının yekunlarına həsr olunan konfrans keçiriləcək
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
Son dörd ildə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada vətəndaş cəmiyyəti təşkilatlarını və fəallarını dəstəkləyən, Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı” başa çatır. Bununla bağlı martın 22-də “Yenidən qiymətləndirmə və yenidən işə salınmа – Şərq Tərəfdaşlığı regionunda vətəndaş cəmiyyətinin daha yaxşı islahatlar naminə səyləri” mövzusunda virtual formatda konfrans keçiriləcək.
2016-cı ildən 2020-ci ilə qədər icra olunan bu proqram vasitəsilə Şərqi tərəfdaşlıq ölkələrindən olan minlərlə benefisiar və maraqlı tərəf vətəndaşların faydalanmasına və vətəndaş cəmiyyəti fəaliyyətlərinin artırılmasına yönəlmiş layihə və islahatlarda iştirak edib.
Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı sözügedən regionda Aİ tərəfindən maliyyələşən ilk layihə olaraq bu ölkələrin vətəndaş cəmiyyəti texnologiyalar sahəsini təmsil edən icmaların iştirakı ilə hər il hakatonlar təşkil edib və vətəndaşlar üçün bir sıra rəqəmsal vasitələrin hazırlanmasını dəstəkləyib.
Sözügedən proqram vətəndaş cəmiyyətinin enerji sektorundakı potensial rolu kimi mürəkkəb və həssas mövzularda ölkələrin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılan onlayn kurslar və vebinarlar da keçirib. Layihə həmçinin təşkilat və insanların COVID-19 pandemiyası kimi böhran vəziyyətlərində uyğunlaşma qabiliyyətini və əzmini gücləndirərək vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətini təşviq edib. Bundan əlavə, təqaüd proqramları vasitəsilə yüksək potensiallı vətəndaş cəmiyyəti fəallarının işi və peşəkar inkişafı müəyyənləşdirilib və dəstəklənib.
Yekun konfransda adı çəkilən ölkələrdəki vətəndaş cəmiyyətinin nailiyyətləri ön plana çəkiləcək, eləcə də vətəndaş cəmiyyəti və regiona təsir edən mövcud və gələcək tendensiyaların tənqidi müzakirəsi təşkil ediləcək.
İngilis dilində keçiriləcək konfrans rus dilinə tərcümə olunacaq.
Daha çox öyrən