Skip to main content
Photo: European Union

3000-ə yaxın məktəbə "eTwinning School" beynəlxalq statusu verilib

26/03/2021

  • Mobillik və insanlararası əlaqə
  • Gənclər
  • Təhsil və peşə təlimi
  • Tədqiqat və innovasiya

Martın 22-də Aİ-nin “eTwinning” proqramı 2935 məktəbin 2021-2022-ci illər üzrə “eTwinning School” adlı beynəlxalq statusa layiq görüldüyünü açıqlayıb. Həmin məktəblər arasında Şərq Tərəfdaşlığı ölkələrində yerləşən çoxlu sayda məktəb var.  Bu məktəblər rəqəmsal texnologiyalar və elektron təhlükəsizlik sahələrindəki təcrübələri, pedaqogikada innovativ və yaradıcı yanaşmaları, işçilərin davamlı peşəkar inkişafının təşviqi, müəllimlər və tələbələrlə birlikdə əməkdaşlıq şəraitində təhsilin təşviqini həyata keçirən qabaqcıl fəaliyyətləri ilə seçilir.

eTwinning School” statusu məktəbin eTwinning-in əhəmiyyətini və dəyərlərini tanıması və məktəb rəhbərliyinin dəstəyi ilə onları məktəbin siyasətlərinə, təcrübə və peşəkar inkişafına daxil etməsi deməkdir.

Sözügedən status Şərq Tərəfdaşlığı ölkələrindən olan Azərbaycanda on iki, Ermənistanda dörd, Gürcüstanda yeddi, Moldovada altı və Ukraynada on üç məktəbə təqdim edilib.

eTwinning məktəblər üçün dəstək, təhsil vasitələri və xidmətlərlə yanaşı, müəllimlər üçün pulsuz və davamlı onlayn peşəkar inkişaf imkanları təmin edir. Eyni zamanda Avropada məktəblər arasında əməkdaşlığı təşviq edir. 

Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadakı məktəblər Avropanın Qonşuluq regionunu əhatə edən “eTwinning Plus “ proqramı vasitəsi ilə təşəbbüsdə iştirak edə bilərlər.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Dariya Artsimeyeva: Aİ proqramı sayəsində kənd məktəbində çalışan müəllimlə Avropa məktəbləri arasında əlaqə qurulub

Natəvan Bədəlova: Müəllimin təkmilləşməsi üçün heç bir sərhəd yoxdur