Skip to main content
Photo: European Union

Aİ-nin maliyyələşdirdiyi COVAX platforması vasitəsilə Azərbaycana ilk vaksinlər gətirilib

09/04/2021

  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Aprelin 4-də Aİ-nin maliyyələşdirdiyi COVAX platforması vasitəsilə Azərbaycana COVID-19 virusuna qarşı “AztraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndin ilk partiyası gətirilib. 

“COVAX və Team Europe sayəsində artıq Azərbaycanda insanlar peyvənd seçimi edə biləcəklər. Biz hər kəsi peyvənd olunmağa çağırırıq. Çünki bu COVID-19 ilə ən yaxşı mübarizə üsuludur”. Bunu hava limanında peyvəndləri gətirən təyyarəni qarşılayan Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

May ayının sonuna kimi “AstraZeneca” peyvəndinin daha 432 min dozasının və “Pfizer-BioNTech” peyvəndinin 218 790 dozasının ölkəyə gətirilməsi planlaşdırılır.

Avropa İttifaqı büdcəsindən ayrılan 1 milyard avro daxil olmaqla, Aİ-nin Team Europe proqramı (Aİ, ona üzv dövlətlər və Avropa maliyyə qurumlarının resurslarını birləşdirir) 2,2 milyard avrodan artıq maliyyə vəsaiti ilə COVAX proqramını dəstəkləyir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama