Aİ 2020-ci ildə inkişaf məqsədilə ayırdığı rəsmi maliyyə yardımının həcmini 66,8 milyard avroya çatdırıb
- İqtisadi inkişaf və bazar imkanları
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
- Economic and social cooperation
- Energy, transport and environment
- Political and security dialogue
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsinin (OECD-DAC) hazırladığı ilkin məlumatlara əsasən 2020-ci ildə Avropa İttifaqı və Aİ-yə üzv olan 27 ölkə tərəfindən tərəfdaş ölkələrin inkişafı üçün ayrılan rəsmi maliyyə yardımlarının (Official Development Assistance) həcmi 15% artırılaraq 66,8 milyard avroya çatdırılıb.
Aİ və sözügedən komitənin digər donorlarının ayırdığı qlobal maliyyə yardımlarının 46%-i Aİ-nin payına düşür. Bununla da Aİ dünyanın aparıcı donor mövqeyini bir daha təsdiqləyib.
Keçən il koronavirus pandemiyasına cavab olaraq Aİ və ona üzv ölkələr, Avropa maliyyə qurumları, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə “Team Europe” çərçivəsində Aİ-nin tərəfdaş ölkələrinə 40 milyard avrodan çox vəsait ayırıb. Bu məbləğin 65%-i səhiyyə sisteminə dəstək, su təchizatının, sanitariya və qidalanma sistemlərinin yaxşılaşdırılması, eləcə də pandemiyanın sosial-iqtisadi fəsadlarının aradan qaldırılmasına yönəldilmişdir.
Daha çox oxuyun