Skip to main content
Photo: European Union

Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb

16/04/2021

  • Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
  • Ətraf mühit və iqlim dəyişikliyi
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Aİ tərəfindən maliyyələşdirilən EUWI+ layihəsi çərçivəsində Aİ ölkələrinin pilot bölgələrindəki su ehtiyatlarının keyfiyyəti qiymətləndirilib. EUWI+ layihəsinin ekspert qrupunun dəstəyi ilə yüzdən çox yerli mütəxəssis tərəfindən doqquz çay hövzəsinin idarə edilməsi planının (RBMP) hazırlanması məqsədilə risklərin qiymətləndirilməsi həyata keçirilib. 

Qiymətləndirmələrdə istifadə olunan xüsusi göstəricilər, su ehtiyatlarına təsir göstərə biləcək təzyiqlərə uyğun olaraq ətraf mühitin keyfiyyətinin mövcud və gələcək səviyyəsini göstərir. Bu nəticələr müvafiq su hövzəsinin vəziyyətinin yaxşılaşdırılması və nəticədə ətraf mühitin qorunması məqsədlərinə nail olmaq üçün lazımi tədbirlərin görülməsini müəyyənləşdirməyə kömək edir.

Bu mürəkkəb məlumatların anlaşılmasını asanlaşdırmaq üçün EUWI+ layihəsi yerüstü su hövzələri (göllər, çaylar) üçün risklərin qiymətləndirilməsini əyani şəkildə nümayiş etdirmək məqsədilə dinamik məlumatlar paneli və xəritə hazırlayıb. Məlumatlar panelində altı Şərq Tərəfdaşlığı ölkəsində doqquz çay hövzəsinin 5828 yerüstü su mənbəsi üzrə risklərin qiymətləndirilməsinin nəticələri təsvir edilir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Aİ-nin Su Təşəbbüsü Dnepr çayının hövzəsində 67 mindən artıq çirkləndirici aşkar edib