Skip to main content
Photo: European Union

COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar – suallarınız cavablandırılıb

26/04/2021

  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • Təhlükəsizlik, sərhədlərarası əməkdaşlıq və sərhədlərin mühafizəsi
  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Bu il Ümumdünya İmmunlaşdırma Həftəsi ərəfəsində Aİ-nin Şərq Qonşuları Proqramı (EU NEIGHBOURS east) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə “COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar” mövzusunda interaktiv materiallar toplusu hazırlayıb.

Hər il Ümumdünya İmmunlaşdırma Həftəsi aprel ayının son həftəsində keçirilir. Bu il sözügedən həftə COVID-19 pandemiyası və onun səbəb olduğu sosial izolyasiya dövründə “Peyvəndlər bizi yaxınlaşdırır” şüarı altında keçirilir.

Hər il peyvəndlərin nə qədər insan həyatını xilas etdiyini bilirdinizmi? Peyvəndlərin necə hazırlandığını və sınaqdan keçirildiyini necə? Bəs Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində insanların peyvəndlənməsini necə dəstəklədiyi haqqında məlumatınız var? “Peyvənd haqqında bütün lazımi məlumatlar” toplusunda ümumilikdə peyvəndlərin faydası, təhlükəsizliyi və əhatə etdiyi əhali qrupu kimi məsələlər, eləcə də Aİ və ÜST-ün Şərqi tərəfdaşlıq ölkələrində peyvəndləmə işinə dəstəyi haqqında məlumat verilir. Topluda həmçinin peyvəndlər ətrafında yaranmış müxtəlif sui-qəsd nəzəriyyələri və feyk xəbərlər məsələsinə toxunulub, eyni zamanda Aİ-nin pandemiya dövründə tərəfdaş ölkələr üçün gördüyü digər fəaliyyətlər də vurğulanıb.

ÜST və onun qlobal tərəfdaşları İmmunlaşdırma Həftəsi çərçivəsində insanların həyatını xilas edən və onların sağlamlığını qoruyan ictimai vasitə olan peyvəndləmə işində həmrəyliyin və etimadın formalaşdırılması məqsədilə maarifləndirmə kampaniyası həyata keçirəcəklər. “Peyvəndlər problemi qısa müddətdə həll edən ideal çıxış yolu olmasa da, yenidən bir-birimizə yaxın ola biləcəyimiz bir dünyaya doğru irəliləməkdə bizə kömək edəcək”. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında belə deyilir.

Daha çox öyrən

COVID-19 virusuna qarşı peyvənd haqqında bütün lazımi məlumatlar

Ümumdünya İmmunlaşdırma Həftəsi 2021 – Peyvəndlər bizi yaxınlaşdırır

Avropa İttifaqı və ÜST-ün Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 virusuna qarşı peyvəndlərin çatdırılması və tətbiqinin dəstəklənməsinə yönəlmiş birgə fəaliyyəti (2021-2023)

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü

Şərq Tərəfdaşlığı üçün COVID-19 Həmrəylik Proqramı

COVID-19: Vətəndaş Cəmiyyətinin Dayanıqlığı və Davamlılığı Proqramı

Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri haqqında son xəbərlər