Skip to main content
Photo: European Union

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Kəndimiz" kampaniyasını yekunlaşdırıb

07/05/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Kənd təsərrüfatı və kənd yerlərinin inkişafı

May ayının 7-də Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi “Kəndimiz” adlı kampaniyasının yekunlarına həsr olunmuş onlayn tədbir keçirəcək. 

Kampaniyanın məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verməkdir. Eyni zamanda kənd yerlərində yaşayan əhalinin həyat şəraitini yaxşılaşdırmaq və ölkənin adət və ənənələrinin, mədəni irsinin qorunması sahəsində əməkdaşlığı təşviq etməkdir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Kəndimiz” kampaniyası aprelin 27-dən mayın 7-nə qədər olan müddətdə keçirilib. Tədbirdə həmçinin Azərbaycanda kənd təsərrüfatının inkişafını dəstəkləyən layihələr nailiyyətlərini təqdim edəcəklər.

Kampaniya çərçivəsində dərc olunan bütün fotoşəkillərə, video materiallara, məqalələrə və uğur hekayələrinə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin sosial media hesablarında və eu4azerbaijan.eu internet səhifəsində baxmaq olar. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama