Skip to main content
Photo: European Union

Aİ sosial sahibkarlıq və sərmayələr sahəsində yeni layihənin icrasına başlayır

04/06/2021

  • Kəsişən sahələr
  • Vətəndaş cəmiyyəti
  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
  • İdarəçilik, qanunun aliliyi və insan hüquqları

9-11 iyun 2021-ci il tarixlərində Avropa Müəssisə Kapitalı Xeyriyyə Birliyi (EVPA), Şərq Tərəfdaşlığı ölkələri və Rusiyadan olan tərəfdaş təşkilatlarla birlikdə “Təsir üçün əməkdaşlıq” (Collaborate for impact) layihəsinin təqdimatını keçirəcək. Təqdimat  onlayn baş tutacaq.

EVPA sosial müəssisələri və sahibkarları, vətəndaş cəmiyyəti təşkilatlarını, işgüzar dairələrin nümayəndələrini, investorları, dövlət və ictimai qurumları, elmi dairələri və kütləvi informasiya vasitələrini tədbirdə iştirak etməyə dəvət edir. İştirakçılar Şərq Tərəfdaşlığı regionunda və Rusiyada sosial sahibkarlıq və sosial investisiyalar sahəsinin inkişafı, regional səviyyədə əməkdaşlığın inkişaf etdirilməsi üçün çətinliklər və imkanlar haqqında məlumat alacaqlar.

Tədbir İngilis dilində keçiriləcək və Rus dilinə tərcümə olunacaq. İştirak pulsuzdur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

“Təsir üçün əməkdaşlıq” layihəsi