Şərq Tərəfdaşlığı ölkələrində "Qadınların ədalət mühakiməsinə çıxışı" adlı onlayn kurs keçirilir
- Kəsişən sahələr
- Gender məsələləri
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
İyunun 8-də Avropa Şurası qadınların ədalət mühakiməsinə çıxışına dair onlayn təlim kursuna başlayıb. Kursun məqsədi Şərq Tərəfdaşlığı ölkələrində qadınlara qarşı ayrıseçkiliyə yol verilmədən onların ədalətə çıxışı imkanlarının təmin edilməsi məqsədilə hüquq-mühafizə sisteminin təkmilləşdirilməsinə dəstək verməkdir.
Kurs ərzində Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada 140-dan çox hakim və prokuror üçün yerli təlimçilərin iştirakı ilə təlimlər təşkil olunacaq və onların Aİ-nin gender bərabərliyinə dair standartları ilə daha yaxından tanış olmasına şərait yaradılacaq.
Kurslar Avropa İttifaqı və Avropa Şurası tərəfindən maliyyələşdirilən “Qadınların ədalət mühakiməsinə çıxışı: İstanbul Konvensiyasının və gender bərabərliyinə dair digər Avropa standartlarının həyata keçirilməsi” layihəsi çərçivəsində təşkil olunur. Sözügedən layihə Aİ-nin maliyyə dəstəyi ilə Avropa Şurası tərəfindən həyata keçirilən Səmərəli idarəçilik üzrə tərəfdaşlıq (2019-2021) proqramının bir hissəsidir.
Daha çox öyrən