Skip to main content
Photo: European Union

Aİ, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili sahəsində gələcək menecerlərin hazırlanması üzrə təlim proqramı davam edir

24/06/2021

  • İqtisadi inkişaf və bazar imkanları
  • Məşğulluq və sahibkarlıq
  • Mobillik və insanlararası əlaqə
  • Təhsil və peşə təlimi

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycanın Peşə Təhsili üzrə Dövlət Agentliyi ölkədə peşə təhsili sahəsində gələcək menecerlərin hazırlanmasına yönəlmiş təlim proqramı artıq beş həftədir ki, uğurla davam edir.

“Peşə təhsilində liderlik və idarəetmə” proqramı onlayn və əyani sessiyalar olmaqla həftəlik 15 saat təşkil edir. Əyani təlimlər hər həftəsonu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Burada iştirakçılar peşə təhsil müəssisəsinin cari maddi-texniki bazası və xidmətləri ilə yerində tanış olma və birbaşa öyrənmə imkanı əldə edirlər.

Bu günə qədər proqram iştirakçıları səmərəli liderlik, ictimaiyyətlə əlaqələr, idarəetmədə çevik alət və mexanizmlərin istifadəsi, həmçinin peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələr və data əsaslı yanaşmalar barədə bilik və bacarıqlarını təkmilləşdiriblər.

Proqramı başa vuran iştirakçılar peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə müraciət etmək imkanı qazanacaqlar.

Təlim proqramı Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə ortaq şəkildə həyata keçirdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil edilir. Layihənin əsas məqsədi Azərbaycandakı peşə təhsili müəssisələrini müasirləşdirməyə və əmək bazarının mövcud ehtiyaclarına uyğun tədrisin təşkilinə dəstək olmaqdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama