Şərq Tərəfdaşlığı ölkələrindən vətəndaş cəmiyyətinin iştirakçılığı və innovasiyalara dair qrant layihələrinin qəbuluna başlanılıb
- Kəsişən sahələr
- Vətəndaş cəmiyyəti
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
Avropa İttifaqının yeni icra olunmağa başlayan Dürüstlük Proqramı (EU for Integrity) çərçivəsində Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) tərəfindən qrant layihələrinin qəbuluna başlanılıb. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən (7 milyon avro) bu fəaliyyət, OGP və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən birgə icra olunacaq.
Sözügedən innovasiyalar üzrə qrantlar (maksimum 50 000 avro dəyərində) vətəndaşların büdcə və xərclərə nəzarətini, hökumətə məxsus məlumatlar üçün asan interfeyslər, o cümlədən saxtakarlıq və ya korrupsiyanı aşkar etmə qabiliyyətinin gücləndirilməsi üçün məlumatların vizuallaşdırılması və təhlil vasitələri və dövlət xidmətləri ilə bağlı vətəndaş nəzarəti və rəy bildirmə, eləcə də hüquqların müdafiəsi mexanizmlərinə çıxış təmin etməlidir.
Son müraciət tarixi iyul ayının 9-dur.
Daha çox öyrən
OGP-nin Şərq Tərəfdaşlığı regionundakı fəaliyyətinə dair rüblük xəbər bülleteninə buradan abunə olun.