Avropa Komissiyası koronavirus ilə bağlı qlobal elmi-tədqiqat və əməkdaşlıq portalını istifadəyə verib
- Mobillik və insanlararası əlaqə
- Tədqiqat və innovasiya
- Səhiyyə
İyunun 23-də Avropa Komissiyası koronavirus pandemiyasının sosial-iqtisadi cəhətlərinin araşdırılması ilə məşğul olan tədqiqatçılar və tədqiqat layihələri üçün yeni əməkdaşlıq portalı istifadəyə verib.
Bu təşəbbüs Aİ-nin cəmiyyətlərin ekoloji cəhətdən daha təmiz, rəqəmsal və sağlam olmasına yönəlmiş beynəlxalq tədqiqat və innovasiya tərəfdaşlıqlarına dair “Tədqiqat və İnnovasiyalara Qlobal Yanaşma” strategiyasının bir hissəsidir.
“Elmi və ictimai tədqiqat məlumatlarını paylaşmaqla qlobal miqyasda əməkdaşlığa və koronavirus pandemiyasının həlli yollarını tapmağa kömək edə bilər. Bu böhranla üz-üzə gəldiyimiz üçün koronavirus ilə bağlı qlobal elmi-tədqiqat və əməkdaşlıq portalı pandemiyanın sosial-iqtisadi cəhətlərini anlamaqda və onunla düzgün formada mübarizə aparmaqda çox dəyərli vasitə olacaq”. İnnovasiya, Tədqiqat, Mədəniyyət, Təhsil və Gənclər üzrə Komissar Mariya Qabriel belə düşünür.
Portal dünyanın istənilən yerində çalışan tədqiqat təşkilatları və fərdi tədqiqatçıların istifadəsi üçün nəzərdə tutulub və onlara aşağıdakı yollarla kömək edəcək:
- Pandemiyanın sosial-iqtisadi cəhətləri ilə əlaqəli tədqiqat layihələrində iştirak.
- Şəbəkələrin qurulması və tərəfdaşların tapılması.
- Başqa tədqiqatçılarla əlaqələrin qurulması və fəaliyyətlərin təsirinin artırılması.
- Paylaşılan məlumatların koordinasiyası.
- Koronavirus pandemiyasına dair digər onlayn platformalarla sinerjilərin tamamlanması.
2020-ci ildə Avropa Komissiyası koronavirusun tədqiqatı üçün ayrılan 1 milyard avro maliyyə paketi çərçivəsində xüsusi fəaliyyətlər həyata keçirmişdir. Bu fəaliyyətlər epidemiologiya, pandemiyaya hazırlıq və mübarizə tədbirləri, diaqnostika, müalicə və peyvəndlərin hazırlanması və bu tətqiqatlara imkan verən infrastruktur və resursları əhatə edir.
Daha çox öyrən
Koronavirus ilə bağlı qlobal elmi-tədqiqat və əməkdaşlıq portalı