EU4Energy proqramının dəstəyi ilə Azərbaycanda enerji səmərəliliyinə dair qanun qəbul edilib
- İqtisadi inkişaf və bazar imkanları
- İqtisadiyyat və ticarət
- Məşğulluq və sahibkarlıq
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- İdarəçilik, qanunun aliliyi və insan hüquqları
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Enerji və enerji səmərəliliyi
- Ətraf mühit və iqlim dəyişikliyi
Azərbaycan Parlamentinin iyunun 22-də keçirilən plenar iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qanun layihəsi Aİ tərəfindən maliyyələşdirilən EU4Energy layihəsi çərçivəsində Enerji Xartiyası Katibliyinin texniki yardımı ilə hazırlanıb.
Sənəddə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri göstərilib, enerji səmərəliliyi üzrə xidmətlərin təşkili və təşviqinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb.
Digər müddəalarla yanaşı, yeni qanun layihəsində Enerji Xartiyası Katibliyinin yardımı ilə hazırlanmış Enerji effektivliyi üzrə milli fəaliyyət planının (EEMFP) işlənib hazırlanması nəzərdə tutulur.
Azərbaycan hökumətinin EU4Energy layihəsi ilə əməkdaşlıq çərçivəsində apardığı daha geniş təhlil göstərir ki, 2021-2025-ci illər ərzində iqtisadiyyatın bütün sahələrində enerji səmərəliliyinin tədricən yaxşılaşdırılması Azərbaycana ümumilikdə aşağıdakı faydaları verə bilər:
- Təbii qaza qənaət: 3,5-4,2 milyard kubmetr;
- İxrac gəlirinin artması: 666-787 milyon ABŞ dolları;
- CO2 emissiyalarının azaldılması: 4-10 milyon ton CO2;
- Büdcə subsidiyalarının azaldılması: 491-981 milyon ABŞ dolları;
- Yeni investisiyalar: 2,5-3,4 milyon ABŞ dolları;
- Yeni iş yerlərinin yaradılması: 118 000-123 000.
EU4Energy Aİ-nin qabaqcıl təcrübələrindən istifadə edərək enerji sektorlarını təkmilləşdirməyə çalışan Şərq Tərəfdaşlığı ölkələrinə texniki yardım göstərmək üçün Aİ tərəfindən dəstəklənən təşəbbüsdür.
Daha çox öyrən