Skip to main content

Fermerlərin səsi

22/06/2021

Fermer müasir və effektiv aqrar məsləhət xidmətini necə təsəvvür edir? Aqrar məsləhət xidməti təminatçıları fermerlərdən nə gözləyir? Kənd təsərrüfatındakı yeniliklərdə kimlər daha fəal iştirak edir? Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsi Azərbaycan üçün hazırlayacağı yeni model və strategiya üçün pilot regionlarda – Gəncə-Qazax və Quba-Xaçmazda fəaliyyət göstərən aqrar sahə iştirakçılarından bu suallara cavab axtarır. Onları eşidək!