Portuqaliyanın Avropa İttifaqı Şurasında sədrliyi Avropanın qloballaşmasına və diqqətin ədalətli cəmiyyət, "yaşıl" iqtisadiyyat və rəqəmsal texnologiyalar məsələlərinə yönələcəyini vəd edir
- Kəsişən sahələr
- İqtisadi inkişaf və bazar imkanları
- İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi
- Əlaqə, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi
- Mobillik və insanlararası əlaqə
Səmərəli çoxtərəfliliyə sadiq qalan qlobal Avropa və “qonşu ölkələrə xüsusi diqqət”, Portuqaliyanın Avropa İttifaqı Şurasında yeni sədrliyinin əsas prioritetlərindəndir.
2021-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasında sədrlik etməyə başlayan Portuqaliya “iqtisadi inkişaf üzrə nəticə yönümlü beynəlxalq tərəfdaşlıqları müdafiə edəcək, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması daxil olmaqla, xüsusilə səhiyyə və təhsil sahələrində insan resurslarından səmərəli istifadə üçün lazımi şəraitin yaradılmasına dair debatları təşviq edəcək”.
“Ədalətli cəmiyyət, yaşıl iqtisadiyyat və rəqəmsal texnologiyalar zamanıdır!” şüarı ilə sədrliyə başlayan Portuqaliyanın məqsədi Avropanın dayanıqlığını və bu qitənin vətəndaşlarının Avropa sosial modelinə olan etibarını gücləndirmək, o cümlədən mövcud pandemiya böhranından qurtulmaq üçün ortaq həmrəylik, yaxınlaşma və birləşmə dəyərlərinə əsaslanan İttifaqın təşviqidir.
Bununla da ikili iqlim və rəqəmsal texnologiyalara keçid əhatəli şəkildə həyata keçiriləcək, heç kimin geridə qalmaması, eyni zamanda pandemiyanın sosial aspektinə diqqət təmin ediləcək.
Portuqaliya iqtisadiyyatın dayanıqlı bərpasını təmin etmək üçün Avropa Yaşıl Təşəbbüsünün həyata keçirilməsini prioritetləşdirməyi və Avropanın iqlimə dair ilk qanununun qəbul olunmasını da təşviq etməyi nəzərdə tutur.
Portuqaliyanın sədrliyi dövründə həmçinin Avropada və onun xaricində Avropanın ictimai səhiyyə böhranlarına cavab vermək və təhlükəsiz peyvəndlər istehsal etmək və yaymaq qabiliyyətini gücləndirən Avropa Səhiyyə İttifaqının yaradılmasına dəstək verilməsi planlaşdırılır.
Portuqaliyanın Aİ Şurasına sədrliyi 2021-ci il iyunun 30-na qədər davam edəcək.
Daha çox öyrən
Portuqaliyanın sədrlik prioritetləri