Skip to main content
Photo: European Union

Narkotik vasitələr ilə əlaqədar fövqəladə vəziyyətlər üzrə Avropa şəbəkəsi Aİ-nin qonşuluq ölkələrində növbətçi mərkəzlər açacaq

15/01/2021

  • Mobillik və insanlararası əlaqə
  • Səhiyyə

Narkotik vasitələr ilə əlaqədar fövqəladə vəziyyətlər üzrə Avropa şəbəkəsi (Euro-DEN Plus) Aİ-nin qonşuluğunda yerləşən bir sıra ölkələrdə yeni xəstəxana “gözətçi” mərkəzlər açmağı planlaşdırır. Yeni mərkəzlər Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, Aİ tərəfindən maliyyələşdirilən EU4Monitoring Drugs (EU4MD) layihəsində iştirak edən ölkələrdə yerləşəcək.

Xəstəxanalarda yerləşən təcili yardım şöbələrinə əsasən, hər il Avropada minlərlə insan narkotiklərlə əlaqəli zəhərli və digər zərərli maddələrlə qarşılaşaraq təcili xəstəxanaya yerləşdirilir. Avropa Narkotik və Narkomanlığa Nəzarət Mərkəzi (EMCDDA) tərəfindən dəstəklənən Euro-DEN Plus, narkotiklərin sağlamlığa kəskin zərərləri barədə məlumat toplamaq məqsədilə bütöv Avropada narkotiklərlə əlaqədar fövqəladə vəziyyətləri izləyir.

Euro-DEN Plus şəbəkəsinə artıq 18 Aİ ölkəsində, Norveçdə, Birləşmiş Krallıqda və İsveçrədə yerləşən ümumilikdə 28 növbətçi mərkəz daxildir. Yeni mərkəzlər məlumatlara nəzarət prosesinin coğrafi əhatə dairəsini genişləndirməklə yanaşı, şəbəkəni gücləndirəcək və yeni regionlarda narkotiklərlə əlaqəli sağlamlığa kəskin təhlükələrin izlənilməsini dəstəkləyəcək.

Aİ tərəfindən maliyyələşdirilən üç illik EU4Monitoring Drugs layihəsi 2019-cu ilin yanvar ayında EMCDDA tərəfindən icra olunmağa başlayıb və Aİ-nin qonşuluq ölkələrində milli və regional səviyyədə narkotiklərlə əlaqəli sağlamlığa və təhlükəsizliyə təhdidlərin müəyyənləşdirilməsinə və təcili tədbir görülməsinə hazırlığı dəstəkləyir

Euro-DEN şəbəkəsinin qonşuluq ölkələrinə genişləndirilməsi qərarı, yanvarın 11-də EU4MD mütəxəssisləri və Qərbi Balkanlardan olan tərəfdaşların iştirakı ilə keçirilən şəbəkənin rəsmi açılış mərasimində müzakirə edilib. 12 ölkədən 25 mütəxəssisin qatıldığı görüşdə gələcək mərkəzlərin nümayəndələri Euro-DEN Plus layihəsi və onun məlumat toplama modeli ilə tanış olublar.

Daha çox oxuyun

Mətbuat üçün açıqlama

EU4Monitoring Drugs layihəsinin internet səhifəsi