Avropa Təlim Fondu Aİ-nin qonşuluğunda yerləşən regionlarda əmək bazarı və peşə bacarıqlarının gələcəyinə dair kampaniyaya start verib
- Mobillik və insanlararası əlaqə
- Təhsil və peşə təlimi
Fevral ayında Avropa Təlim Fondu (ETF) Aİ-nin qonşu ölkələrində əmək bazarı və peşə bacarıqlarının gələcəyinə həsr olunmuş kampaniyaya başlayır. Bu ay ərzində bir qrup mütəxəssis sözügedən sahədə rəqəmsal inqilab, dəyişən demoqrafik vəziyyət, miqrasiya, iqlim dəyişikliyi və son pandemiya kimi qlobal dəyişikliklər və problemlərlə bağlı fikirlərini bölüşəcəklər.
“Avropa İttifaqı və ona qonşu ölkələrin təhsil və təlim sistemlərinin dəyişikliklərə uyğunlaşma qabiliyyəti gələcək nəslin hazırkı çətinliklərin öhdəsindən gəlməyə hazırlığını müəyyən edəcək”. Bunu ETF-in rəhbəri Sezare Onestini deyib.
Hökumətlərin, müəssisələrin, sosial tərəfdaşların, vətəndaş cəmiyyətinin, tədqiqat qurumlarının, icmaların və təhsil və tədris təminatçılarının işçilərin peşə bacarıqları ilə işəgötürənlər tərəfindən tələb olunan tələblər arasındakı artan uyğunsuzluğu aradan qaldırmaq üçün tələb olunan vasitələrə dair müzakirə ETF platformalarında Skills4Future and FutureOfWork həştəqi ilə izlənilə bilər.
Daha çox öyrən