2010-cu ildə Kür çayında baş verən daşqınlar nəticəsində Telişli kəndindən 5-6 km aralıda yerləşən Sarısu gölünün duzlu suyu əkin sahələrini sıradan çıxardı, irriqasiya kanallarını kol-kos basdı və onların suötürmə potensialı azaldı. Bunun nəticəsində də Telişli kəndinin əhalisi əkinçilikdən əldə etdiyi gəlirdən məhrum oldu. Qeyd edək ki, Telişlinin əhalisi tərəkəmə etnik qrupuna aid olduğundan indiyədək icma üzvləri heyvandarlıq ənənələrini yaşatmağa davam edir.