Aİ Çimərliyin Təmizlənməsi tədbiri
19 sentyabr 2020-ci il tarixində Aİ-nin Azərbaycan nümayəndəliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Aİ Çimərliyin Təmizlənməsi (#EUBeachCleanup) kampaniyası təşkil etdi.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev, Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri cənab Kestutis Yankauskas və Latviya Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Daynis Qarançs çimərliyin təmizlənməsi tədbirində iştirak etdi.
Kampaniyada Aİ üzv dövlətləri səfirliklərinin, Aİ-nin Azərbaycanda həyata keçirdiyi layihələrin, Avropanın Gənc Səfirləri, AYİB, GIZ, eyni zamanda “AzEkol” və “EkoSfera” Sosial və Ekologiya Mərkəzi kimi yerli şirkətlərin nümayəndələri və gənc könüllülər iştirak etdilər.
Sumqayıtın Corat qəsəbəsinin sahilində 5 hektar ərazi plastik və digər tullantılardan təmizlənmişdir. Çimərlikdəki tullantıları çeşidləmək üçün Aİ nümayəndəliyinin dəstəyi ilə xüsusi qablar quraşdırılmışdır.
Məqsəd yalnız Abşeron çimərliklərindən birini təmizləmək deyil idi, həm də dəniz tullantıları və plastik tullantıların problemlərinə media və ictimaiyyətin diqqətini cəlb etməyə kömək etmək idi.
Tədbir, hazırki COVID-19 qaydalarına uyğun olaraq sosial məsafəyə əməl edilərək etibarlı və təhlükəsiz bir şəkildə təşkil edildi.
Hər il sentyabr ayında Aİ #EUBeachCleanup. In 2019, over adı altında məlumatlandırma kampaniyası təşkil edir. 2019-cu ildə Azərbaycan da daxil olmaqla 80-ə yaxın ölkədə 40 mindən çox könüllü bu kampaniyaya səfərbər edildi.